Müsahibə - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Gürcüstanın seçimi:
Hakimiyyətin yalnız özünə uyğun namizədləri deyil, həm də özünə sərf edən opponentləri seçir

Yenixeberorg.biz: Müxalif “Lelo – Güclü Gürcüstan” birliyinin xarici əlaqələr üzrə katibi Qriqol Qeqeliya hakim “Gürcü Arzusu” partiyasının bir sıra müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı təşəbbüsünü sərt tənqid edib. O, bu cür müzakirələri diktator rejimlərinə xas ekstremal tədbir adlandıraraq, Gürcüstanın Belarus və Rusiyanın yolu ilə getdiyini bildirib.

Siyasətçinin sözlərinə görə, “Gürcü Arzusu” rejimi yalnız Avropa kursuna sadiq qalmaq görüntüsü yaradır, əslində isə sərt diktaturanı möhkəmləndirir.

Qeqeliya vurğulayıb ki, ölkə vətəndaşlarının təxminən bir milyonunun səs verdiyi partiyaları qadağan etməyə cəhd göstərilməsi yolverilməzdir və hətta “seçkili avtokratiya” formatı üçün belə ağlasığmazdır.

Onun sözlərinə görə, bu cür addımlar sivil dünyanın ciddi narahatlığına səbəb olur və Gürcüstanın beynəlxalq tərəfdaşlarının çox sərt reaksiyasına gətirib çıxaracaq.

Məsələ artıq beynəlxalq miqyas alıb. Avropa Parlamentində hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı rəsmi başlıqla debatların keçirilməsi planlaşdırılıb. Ardınca avroparlamentarilər müvafiq qətnamə üzrə səsvermə keçirəcəklər.

Müxalifətçi Qeqeliyanın iddiaları nə dərəcədə əsaslıdır? Hazırkı hakimiyyət tanınmış müxalifət partiyalarının fəaliyyətini həqiqətən qadağan edə bilərmi? Əgər belədirsə, Gürcüstan hakimiyyəti bu addımın ölkənin gələcək Avropaya inteqrasiyasına ümumiyyətlə son qoya biləcəyindən və bütün Qərb dünyası ilə münasibətləri ciddi şəkildə pisləşdirəcəyindən ehtiyat etmir?

Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, Qriqol Qeqeliya ilə əsas məsələdə mübahisə etmir – ən böyük müxalifət partiyalarının qadağan edilməsi, həqiqətən də, müəyyən bir sərhədin aşılması deməkdir.

“Amma Belarus və Rusiya ilə müqayisələri hələlik siyasətçilərin ixtiyarına buraxardım. Gürcüstanda onsuz da vəziyyət kifayət qədər ciddidir və onu əlavə epitetlərlə daha da ağırlaşdırmağa ehtiyac yoxdur.

Üstəlik, biz artıq nəzəri ehtimalı müzakirə etmirik. Konstitusiya Məhkəməsinə iddia verilib və söhbət eyni anda bir neçə müxalifət partiyasından gedir. Buna görə də bu gün məsələ “Gürcü Arzusu”nun işi partiyaların qadağan olunmasına qədər çatdırmağa cəhd göstərib-göstərməyəcəyində deyil. O, artıq buna cəhd edir. Məsələ başqadır – Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edib-etməyəcəyi və bunun siyasi nəticələrinin necə olacağı.

Məhz burada ən maraqlı məqam başlayır. Çünki ayrı-ayrı müxalifət partiyaları ilə istənilən qədər mübahisə etmək, onları radikallıqda, parlamenti boykot etməkdə, seçkilərin nəticələrini tanımamaqda və ümumiyyətlə, bütün siyasi günahlarda ittiham etmək olar. Mənim özümün də Gürcüstan müxalifətinə çoxlu suallarım var. Amma əhəmiyyətli seçici dəstəyinə malik siyasi partiyaları qadağan etmək tamam başqa məsələdir. Demokratiyada pis müxalifəti seçkilərdə məğlub edirlər. Müxalifətin qadağan edilməsi isə hakimiyyətin yalnız özünə uyğun namizədləri deyil, həm də özünə sərf edən opponentləri seçməyə başlaması deməkdir. Bu isə artıq çox təhlükəli modeldir”, – politoloq bildirib.

Avropaya inteqrasiyaya gəlincə, onun sözlərinə görə, burada vəziyyət demək olar ki, sürreal xarakter alır.

“Gürcüstan Konstitusiyasında Aİ və NATO-ya inteqrasiya kursu təsbit olunub, hakimiyyət ölkənin Avropa gələcəyindən danışmaqda davam edir. Bu arada isə Avropa Parlamenti “Gürcü Arzusu” hakim partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı xüsusi debat keçirir. Məncə, elə bu başlığın özü Tbilisi ilə Brüssel arasındakı münasibətlərdə böhranın dərinliyini kifayət qədər yaxşı təsvir edir.

Partiyaların qadağan edilməsi Avropaya inteqrasiyanın üzərindən birdəfəlik xətt çəkəcəkmi? Mən “birdəfəlik” sözündən istifadə etməzdim. Ümumiyyətlə, siyasətdə çox az şey birdəfəlik olur. Amma tamamilə aydındır ki, belə bir qərar bugünkü Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdıracaq və onsuz da son dərəcə ağır olan Qərb tərəfdaşları ilə münasibətləri kəskin şəkildə pisləşdirəcək.

“Gürcü Arzusu” bundan ehtiyat edirmi? Məncə, sualı başqa cür qoymaq lazımdır. Hakimiyyətin addımlarına əsasən, bu gün Qərblə qarşıdurmanın siyasi qiyməti daxili siyasi sistem üzərində nəzarəti itirmək riskindən daha az təhlükəli hesab olunur. Məncə, bütün bəyanatlardan daha vacib olan məhz budur. Çünki siyasətçilər istənilən şeyi deyə bilərlər. Nəticə etibarilə, ölkənin istiqamətini bəyanatlar deyil, qərarlar müəyyən edir. Təəssüf ki, son illərin qərarları Gürcüstanı vəd etdiyi istiqamətə aparmır”, – Vasadze fikrini yekunlaşdırıb.

Rauf Orucov

ABŞ, Çin və kənarda qalan Rusiya:
Bakı qlobal güc balansına öz prizmasından baxır

Yenixeberorg.biz: Azərbaycan Prezidenti İlham Əliyevin dünyada yalnız iki supergücün – ABŞ və Çinin olduğunu və “üçüncüsünün olmadığını” bəyan etməsi Rusiyanın ekspert və media dairələrində geniş rezonansa və fəal müzakirələrə səbəb olub. Bu bəyanat hakim “Yeni Azərbaycan” Partiyasının VIII qurultayında səsləndirilib.

Əslində, Əliyev çıxışında ABŞ və Çini Azərbaycanın xarici siyasət uğurları kontekstində xatırladıb. O vurğulayıb ki, Bakı hər iki qlobal güc mərkəzi ilə strateji tərəfdaşlıq qurmağa nail olub: Pekinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə, Vaşinqtonla isə Strateji Xartiya imzalayıb. Ehtimal ki, “üçüncü yoxdur” ifadəsini müasir dünya sisteminin ikitərəfli xarakterini ifadə etmək üçün işlədib və əlavə edib ki, Azərbaycanın Avropa İttifaqının 10 ölkəsi ilə də strateji tərəfdaşlıq haqqında sazişləri var. Bununla belə, çıxışın həmin hissəsində Rusiyanın adı ümumiyyətlə çəkilməyib.

Rusiyanın KİV-ləri və “turbovətənpərvər” yönümlü kanalları Moskvanın supergüclər siyahısında yer almamasını siyasi siqnal kimi təqdim ediblər. “Əliyev Rusiyanı supergüclər sırasından çıxardı” kimi başlıqlarla materiallar dərc olunub. Həmin KİV-lər iddia edirlər ki, Rusiyanı dünyanın ən güclü hərbi və nüvə dövlətlərindən biri olaraq qlobal gündəmə təsir etməkdə davam edir. Onlar Azərbaycanı Cənubi Qafqazda sabitliyin asılı olduğu əsas regional oyunçu ilə münasibətləri korlamamağa da çağırırlar.

Müxalifət və xarici media, o cümlədən “The Moscow Times”, habelə Ukrayna və Belarusun müstəqil media resursları Əliyevin sözlərini daha radikal şəkildə şərh ediblər. Onlar hazırkı qlobal hadisələr fonunda Kremlin geosiyasi ambisiyalarının “açıq şəkildə kənara qoyulması” və ya “alçaldılması” barədə materiallar yayıblar.

Yerli analitik resurslar isə xarici şərhçiləri Prezidentin sözlərinin mənasını qəsdən təhrif etməkdə və süni şəkildə qalmaqal yaratmaqda ittiham ediblər. Onlar xatırladıblar ki, Vladimir Putin özü də əvvəlki illərdə – məsələn, “Bild” nəşrinə müsahibəsində və 2016-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda – Rusiyanın supergüc statusuna iddia etmədiyini açıq şəkildə bildirib, həmin dövrdə ABŞ-ı “yeganə supergüc” kimi qəbul etdiyini vurğulayıb. Buna görə də Əliyevin fikri Moskva ilə düşmənçilik nümayişi deyil, dünya iqtisadiyyatı və texnoloji təsirə dair praqmatik qiymətləndirmənin ifadəsi kimi qəbul edilir.

Ekspertlər qeyd edirlər ki, Əliyevin bu bəyanatı Bakının ən böyük qlobal oyunçular arasında səmərəli balans yarada və milli maraqlarını müdafiə edə bilən “orta güc” kimi özünəinamını nümayiş etdirir.

Baş verənləri necə izah etmək olar? Prezident Əliyev əslində iki supergüc haqqında bu bəyanatı ilə nə demək istəyib? Və bu vəziyyət Rusiya ilə Azərbaycan arasında onsuz da mürəkkəb olan münasibətlərə hər hansı şəkildə təsir göstərə bilərmi?

Pressklub.az-ın suallarını cavablandıran Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) hesab edir ki, bu cür mülahizələr, qiymətləndirmələr və geosiyasətə yetirilən xüsusi diqqət dünyanın bölüşdürülməsi ilə bağlı artıq köhnəlmiş təsəvvürün təzahürüdür və indi bu təsəvvür dəyişir.

“Yəni, Rusiya gedir, Rusiya artıq supergüc deyil və həm Ermənistan, həm də Azərbaycan strateji əməkdaşlığı tamamilə başqa güclərlə quracaq, dünya düzəninin də fərqli olduğunu iddia edəcək.

Əslində isə dünya necə qurulubsa, elə də qalır. Rusiyanın Qafqazdakı mövqeyi nə güclənir, nə də zəifləyir. Bu cür bəyanatlar daha çox özünü yeni tarixin yaradıcısı kimi təqdim edən liderlərin özünütəsdiqinə yönəlib.

Məncə, məsələ bundan ibarətdir: Əliyev qurultayda sadəcə özünün yaratdığı yeni Azərbaycanı təqdim edib və bu yeni səhifə Rusiyasız yazılır”, – analitik bildirib.

Onun sözlərinə görə, bu baxımdan nəzəri yanaşmalarla tamamilə praktiki məsələləri bir-birindən ayırmaq lazımdır. Praktik baxımdan Rusiya Ermənistanda hələ də ehtiyac duyduğu bütün infrastrukturlara nəzarət edir.

“Azərbaycanla Rusiya arasında da tamamilə praktiki maraqlar və əlaqə mexanizmləri mövcuddur və burada zərrə qədər də dəyişiklik yoxdur.

Mən kifayət qədər mifik xarakter daşıyan geosiyasi yanaşmaları davam edən praktik proseslərdən ayırardım. Bununla belə, sözlərin əhəmiyyəti var və bu mövqe nümayişi müxtəlif ölkələrdəki siyasətçilərin ictimai bəyanatları üçün fon rolunu oynayacaq. Amma bundan artıq olmayacaq. Mən bütün bunlara həddindən artıq böyük əhəmiyyət verməzdim”, – Dubnov fikrini yekunlaşdırıb.

Rauf Orucov

Putinin “susqun dili” Ermənistanı Ukraynanın taleyi ilə hədələyir -
“Hazırkı Ermənistan rəhbərliyinin seçdiyi siyasi kurs yaxşı heç nəyə gətirib çıxarmayacaq. Respublikanın başına gələ biləcək ən dəhşətli şey onun ikinci Ukraynaya çevrilməsidir”.

Yenixeberorg.biz: Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radiosuna müsahibəsində bildirib.

“Hazırkı Ermənistan rəhbərliyi inkişaf istiqamətini dəyişməyin doğru olduğuna qərar verib. Əminəm ki, bu da yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – o bildirib.

Medvedev bu zaman nümunə kimi Gürcüstanı göstərib. O, bildirib ki, əvvəlcə Qərb dünyası Gürcüstana NATO-ya üzv olmağı təklif edib və bunun da yaxşı nəticəsi olmayıb.

“Gürcüstan hələ də NATO üzvü deyil. Görünür, onun hazırkı rəhbərliyi bunun yanlış yanaşma olduğunu anlayır. Bütün bunlar münaqişəyə gətirib çıxardı”, – o deyib.

Medvedevin fikrincə, indi Qərb oxşar şəkildə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin “möhkəmliliyini yoxlayır”. Bu münasibətlər İrəvanın Avropa İttifaqına üzv olmaq planları fonunda kəskinləşib.

Xatırladaq ki, Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinə başlanması haqqında qanunu hələ 2025-ci ilin martında qəbul edib. Bu, Moskvanın narazılığına səbəb olub. Rusiya bəyan edib ki, eyni vaxtda Aİ və Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlük mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı qəti qərar vermək üçün Ermənistandan dəfələrlə referendum keçirməyi tələb edib və Avropaya inteqrasiya istəyinin Ukraynaya qarşı müharibəyə səbəb olduğunu xatırladaraq, İrəvanı Ukraynanın taleyini nəzərə almağa çağırıb.

Aydındır ki, hazırda Medvedevin Rusiyanın siyasi olimpində elə də ciddi siyasi çəkisi yoxdur. O, “prezidentlik” dövründən sonra uzun illər susdu və yalnız Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlamasından sonra yenidən görünməyə başladı. Həmin vaxtdan etibarən o, Kremlin hansısa formada xoşuna gəlməyən ölkələrə qarşı təhdid ruporuna çevrilib. Bununla belə, bir çox siyasi ekspert hesab edir ki, əslində ona Putinin mövqeyini çatdırmaq rolu verilib. Putin özünün açıq şəkildə səsləndirmək istəmədiyi fikirləri Medvedev vasitəsilə dilə gətirir.

Burada sual yaranır: Ermənistanı Ukraynanın başına gələnlərin gözlədiyi barədə səsləndirilən bu proqnoz nə deməkdir? Yəni Moskva Ermənistana hücumla hədələyir? Bəs Rusiya ilə Ermənistanın ortaq sərhədi olmadığı halda, Moskva bunu necə həyata keçirə bilər?

Yaranmış vəziyyəti Pressklub.az-a Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Hovhannisyan şərh edib.

“Medvedevin bu qalmaqallı bəyanatını İranın Dövlət Televiziya və Radiosuna müsahibəsində səsləndirməsi maraqlıdır. Bu, onu göstərir ki, Moskva artıq İranın köməyi ilə Ermənistana təzyiq göstərmək istəyir.

Ermənistanla Azərbaycan arasında münaqişə davam etdiyi müddətdə Azərbaycan vasitəsilə Ermənistana təzyiq göstərmək imkanı var idi. Yeri gəlmişkən, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə də eyni vəziyyət yaşanırdı: Moskva Bakının davranışından nəyisə bəyənmədikdə, Ermənistana müəyyən üstünlük vermək və bununla da Azərbaycanı cilovlamaq mümkün idi. Bu gün münaqişə artıq başa çatıb. Bunun fonunda qonşu xalqlar və dövlətlər arasında münasibətlərdə istiləşmə baş verir və Moskvanın artıq “Qarabağ hərəkatı”ndan istifadə edərək həm Ermənistanı, həm də Azərbaycanı ipdə saxlamaq imkanı yoxdur.

Üstəlik, bütün əsaslar var ki, İlham Əliyevlə Nikol Paşinyanın şifahi, qapalı şəkildə Moskvanın Qarabağ mövzusunu yenidən gündəmə gətirmək və ümumiyyətlə, Ermənistan-Azərbaycan yaxınlaşmasına hansısa formada təsir göstərmək cəhdlərini neytrallaşdırmaq barədə razılaşdıqlarına inanaq. Bakı və İrəvanın bu xəttə ciddi şəkildə sadiq qaldıqlarına, artıq çevrilmiş münaqişə səhifəsinə qayıtmaq istəmədiklərinə görə, Moskvanın “İran kartı”nı işə salmaqdan başqa yolu qalmır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının haradasa başqa yerdə deyil, məhz Vaşinqtonda, özü də ABŞ Prezidenti Donald Trampın himayəsi və birbaşa iştirakı ilə baş verdiyini nəzərə alsaq, Moskvada hesab edirlər ki, Tehranı Vaşinqtonda əldə olunmuş razılaşmaları pozmağın və Ermənistan-Azərbaycan dialoqunu yenidən Kremlin nəzarətinə qaytarmağın zəruriliyinə inandırımaq üçün çox vaxt lazım olmayacaq.

Lakin görünür, Moskvanın hesablamaları özünü doğrultmayacaq. Çünki İran “Tramp yolu”, İrəvandakı ABŞ səfirliyinin böyüklüyü, Ermənistanın üzünü Qərbə çevirməsi və Moskvanın gündəmə gətirdiyi digər qorxularla bağlı heç də panikaya düşməyə meylli deyil. Bir neçə əsrlik fasiləsiz dövlətçilik təcrübəsinə malik ölkəni sərhədi yaxınlığındakı Ermənistanın Ukraynaya çevriləcəyi barədə nağıllarla qorxutmaq və İranda, yəni Ermənistan sərhədində guya yeni “xüsusi hərbi əməliyyatın” qaçılmazlığı ilə bağlı panikaya salmaq o qədər də asan deyil”, – siyasi elmlər doktoru hesab edir.

Onun sözlərinə görə, burada başqa sual da ortaya çıxır: əgər Moskva həqiqətən də Ermənistanı Aİ-də gözləmədiklərinə və bu ölkənin Avropa İttifaqına üzvlüyünün ümumiyyətlə perspektivi olmadığına əmindirsə, ötən il martın 25-də Ermənistan parlamentinin Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanması haqqında qanun qəbul etməsi niyə onu bu qədər narahat edir?

“Bununla yanaşı, oxucu Medvedevin bu bəyanatından da görə bilər ki, burada nümunə kimi uzun illərdir Aİ-yə üzv olmaq üçün növbə gözləyən Gürcüstan və Türkiyə göstərilir. Məsələ isə ondadır ki, Moskva sadəcə olaraq yalan danışır: Egey dənizindəki bəzi adalarla bağlı Yunanıstanla davam edən ərazi mübahisəsi olan Türkiyədən və qonşusu Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı hələ də səngiməyən ərazi mübahisəsi yaşayan Gürcüstandan fərqli olaraq, Ermənistan Respublikasının bu gün qonşuları ilə heç bir problemi yoxdur.

Bu baxımdan, bu gün Ermənistan qədər Aİ-yə tamhüquqlu üzvlüyə yaxın olan başqa heç bir postsovet ölkəsi yoxdur. Məsələ təkcə Ermənistanın Aİ-yə düşmən münasibət bəsləyən Rusiya ilə ortaq sərhədinin olmamasında deyil. Əsas məsələ odur ki, Ukrayna, Moldova və Gürcüstandan fərqli olaraq, Ermənistanın bu gün qonşuları ilə heç bir ərazi mübahisəsi və qarşıdurması yoxdur.

Ermənistanın Avropanın nüfuzlu strukturları tərəfindən tamhüquqlu üzv kimi öz sıralarında görmək istəməsinə gəlincə, buna 1990-cı illərdə Rusiya Xarici İşlər Nazirliyində Ermənistan məsələləri üzrə şöbəyə rəhbərlik etmiş Nikolay Platoşkinin fikirləri də sübutdur. O iddia edir ki, hələ 1990-cı illərdə Ermənistana NATO və Avropa İttifaqına üzv olmaq təklif edilib, lakin Qarabağ məsələsinə aludə olmuş rəsmi İrəvan həmin vaxt bundan qəti şəkildə imtina edib.

Bu gün isə Nikol Paşinyan və onun rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası tərəfindən belə bir imtina yoxdur. Üstəlik, Nikol Paşinyan Azərbaycanla münaqişəni davam etdirməkdən imtina etməklə Ermənistanın Avropa İttifaqına gedən yolundakı yeganə maneəni aradan qaldırıb. Moskvanın narahatlığı da məhz bununla bağlıdır. Moskva əslində Ermənistanın Avropa İttifaqına üzvlüyünün o qədər də uzaqda olmadığını anlayır və buna qarşı çıxmağa çalışır”, – deyə Hovhannisyan hesab edir.

Rauf Orucov

Qaz şantajı, alternativ mənbə və Moskvaya yeganə loyal paytaxt -
Moskva İrəvan qarşısında dörd siyasi tələb irəli sürüb və onların yerinə yetirilməyəcəyi təqdirdə Ermənistana qaz tədarükünü tamamilə dayandırmaqla hədələyib. Bu barədə “Hraparak” qəzeti Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Yenixeberorg.biz: Qeyd edək ki, Rusiya planlı təmir işlərini əsas gətirərək sentyabrın 16-dan etibarən Ermənistana qaz nəqlini həyata keçirilmirdi, erməni istehlakçılar isə anbarlardakı ehtiyatlar hesabına qazla təmin olunurdu. Qaz nəqli yalnız sentyabrın 25-də bərpa edilib. Mənbələrin sözlərinə görə, noyabrın 1-də isə iri “qəza” və ya fors-major hadisəsi baş verə və bundan sonra tədarük bir daha bərpa olunmaya bilər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Moskva Ermənistanın baş naziri Nikol Paşinyana bildirib ki, əgər o, Gümrüdəki Rusiya hərbi bazasının gələcəyi və Rusiya kapitallı şirkətlər, o cümlədən “Cənubi Qafqaz Dəmir Yolu”na və “Qazprom”a qarşı mümkün tədbirlərin müzakirəsindən imtina etsə, belə bir ssenarinin qarşısını ala bilər. Moskva həmçinin Ermənistandan Aİİ ilə Aİ arasında seçim etməyi tələb edir: konkret olaraq, ya avrointeqrasiya prosesinin başlanması haqqında qanun ləğv edilməli, ya da bu məsələ ilə bağlı referendumun tarixi müəyyənləşdirilməlidir. Digər şərt Rusiyayönümlü siyasətçilərə qarşı cinayət təqibinin dayandırılması və baş nazirin müavini postuna Kreml üçün məqbul olan şəxsin təyin edilməsidir.

Bu məlumatla eyni vaxtda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da açıqlaması yayılıb.

“Rusiya Ermənistanın suveren hüququna hörmət edir, lakin İrəvan Avrasiya İqtisadi İttifaqında iştirakla Avropa İttifaqına yaxınlaşma arasında seçim etməlidir. Çünki bu iki birliyin standartları bir sıra sahələrdə bir-biri ilə uyğun gəlmir”, – Putinin köməkçisi bildirib.

“Başqa standartlara tədricən keçid müxtəlif sahələrdə Aİİ standartları ilə uzlaşmayacaq”, – Peskov qeyd edib.

O vurğulayıb ki, Aİİ-yə üzv ölkələrdən biri kimi Ermənistan üçün birliyin qaydalarına, normalarına və prinsiplərinə əməl etmək vacibdir.

“Seçim etməyin vacibliyindən danışanda məhz bunu nəzərdə tuturuq”, – Kremlin nümayəndəsi əlavə edib.

Beləliklə, göründüyü kimi, Moskva Ermənistanı şantajdan əl çəkmək niyyətində deyil. Amma İrəvanın təcili şəkildə referendumu keçirərək Ermənistanın Aİİ-də qalması, yaxud Avropa İttifaqına inteqrasiya kursunu davam etdirdiyi üçün oranı dərhal tərk etməsi barədə qərar verməsinin Kreml üçün niyə bu qədər vacib olması tam aydın deyil? Məsələ o qədər kəskin qoyulub ki, Moskva bu ölkədə qaz böhranı yaratmağa belə hazırdır. Doğrudanmı, Kremldə hesab edirlər ki, belə düşmən münasibətlər toplusundan sonra Ermənistan yenə də onun “əl ilə idarə olunan” nəzarəti altında qalmağa razı ola bilər?

Pressklub.az-ın suallarına cavab verən tanınmış gürcü analitik, diplomat, Gürcüstanın Avropa Demokratları Partiyasının baş katibi Mamuka Qamkrelidze qeyd edib ki, Kremlin irəli sürdüyü dörd tələbi oxuduqdan sonra Rusiya rəhbərliyinin hələ də özünü imperiya kimi görmək illüziyası ilə yaşadığı aydın olub.

“Kreml ya dünyada və xüsusilə Cənubi Qafqazda siyasi vəziyyətin radikal şəkildə dəyişdiyini hiss etmir, ya da sadəcə pis oyunda yaxşı sima göstərməyə çalışır. Amma bu, blef elementləri ilə müşayiət olunan o qədər kobud şantajdır ki, Moskva Ermənistanla onu bağlayan son telləri də itirə bilər. İrəvan öz simasını itirmədən Kremlin siyasi tələblərindən heç birini tam şəkildə yerinə yetirə bilməz. Gümrüdən Rusiya qoşunlarının çıxarılma müddəti və ya Ermənistandakı Rusiya kapitalı ilə bağlı məsələlərdə müəyyən bazarlıq etmək mümkündür, amma məncə, qalan məsələlərdə İrəvan güzəştə getməyəcək.

Rusiya qazının tədarükünün dayandırılması ilə bağlı şantaj İrəvanı alternativ imkanlar axtarmağa məcbur edəcək. Belə alternativlərdən biri Azərbaycan ola bilər. Azərbaycan Gürcüstandan keçən boru kəməri vasitəsilə Ermənistana qaz tədarük edə və paralel olaraq birbaşa Ermənistana gedən köhnə sovet qaz kəmərini bərpa edə bilər”, – siyasətçi ehtimal edib.

Onun sözlərinə görə, bu halda Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair siyasi danışıqlarda əlavə təsir rıçaqları əldə edər.

“Burada vacib məqam odur ki, bu, Bakı üçün də incə oyunda sınaq olacaq və burada həddi aşmamaq mühüm məsələdir. Azərbaycan təkcə regionda deyil, daha geniş mənada getdikcə daha mühüm oyunçuya çevrilir.

Düşünürəm ki, bunu Moskvada da görürlər və yəqin ki, Bakıya təsir imkanları axtarırlar. Amma bu istiqamətdə də siyasi addımlar yuxarıda qeyd olunan qeyri-real “istəklər” qədər yöndəmsiz olarsa, Kreml Cənubi Qafqazda istənilən təsir imkanını tamamilə itirəcək. Təəssüf ki, Moskva üçün hələlik yeganə loyal paytaxt Tbilisi olaraq qalır. Amma baş nazir Kobaxidzenin BMT tribunasından verdiyi son açıq bəyanatda Rusiyanı Gürcüstan ərazisinin 20 faizini işğal edən ölkə adlandırması Kremli düşündürməlidir: ABŞ-ın regionda artan iştirakı fonunda onun Gürcüstandakı təsiri doğrudanmı bu qədər böyükdür?”, – Qamkrelidze yekunlaşdırıb.

Rauf Orucov

Qonşu ölkədən keçən “qırmızı xətt” –
ABŞ ilə problemini həll edə bilməyən Tehran “Zəngəzur dəhlizinə” “ilişir”

Yenixeberorg.biz: Sentyabrın 23-də İrəvanda “Dəyişikliklərin arxitekturasını formalaşdıraraq” şüarı altında keçirilən beynəlxalq “APRI Forum 2026” işinə başlayıb. Forumda Ermənistan və digər ölkələrdən siyasətçilər, diplomatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Forumda səslənən bir sıra diqqətçəkən bəyanatlar olmasaydı, yəqin ki, tədbir xüsusi maraq doğurmazdı.

Xüsusilə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş direktorunun müavini Əlirza Xoda Qolipurun forumda səsləndirdiyi fikirlər maraq doğurur. Onun sözlərinə görə, İran tərəfi hesab edir ki, regionda həqiqət anı yetişib və buna görə də hər kəs son onilliklər ərzində regionda görülən bütün işlərə görə məsuliyyət daşımalıdır.

“Biz hesab edirik ki, hazırkı məqam regional oyunçuların konstruktiv rol üzərinə götürməsi üçün başlanğıc nöqtəsinə çevrilə bilər. İran Cənubi Qafqazda çox fəaldır və özünün “qırmızı xətlər” siyasəti sayəsində regionda bir sıra destruktiv layihələrin, xüsusilə də “Zəngəzur dəhlizi” adlandırılan layihənin həyata keçirilməsinin qarşısını ala bilib”, – Qolipur bildirib.

Forumda iştirak edən İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami də məsələyə münasibət bildirib.

“İranın prinsipial mövqeyi həm ərazi, həm də regional geosiyasət baxımından Cənubi Qafqazda mövcud status-kvonun qorunmasından ibarətdir. İkinci məqam ondan ibarətdir ki, regionda yeni qüvvələr balansına ehtiyacımız var. Çünki sülh haqqında danışmaq yaxşı və faydalıdır, lakin regionda sülhün bərqərar edilməsi və qorunması üçün təkcə bu kifayət deyil. Əgər biz həqiqətən real və davamlı sülhə nail olmaq istəyiriksə, real qüvvələr balansına, xüsusilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında belə bir balansa ehtiyacımız var. Bu, son dərəcə vacib və əhəmiyyətlidir. İranın bu regionda yaratmağa çalışdığı da məhz davamlı və sabit sülhün real təminatı olan yeni qüvvələr balansıdır”, – Şirqolami deyib.

“TRIPP layihəsinə gəlincə, İranın regionda mövcud status-kvonun qorunmasının zəruriliyi ilə bağlı artıq qeyd etdiyim fundamental yanaşmasından çıxış edərək hesab edirik ki, bu layihənin həyata keçirilməsi zamanı Ermənistan Respublikasının ərazi bütövlüyünə və milli suverenliyinə heç bir zərər vurulmamalıdır”, – səfir davam edib.

O əlavə edib ki, Azərbaycan Respublikası və onun rəhbərləri “Zəngəzur dəhlizi adlandırılan” məsələ barədə çox aydın və açıq danışmaqda davam edirlər. Səfirin sözlərinə görə, İran tərəfi də eyni dərəcədə aydın şəkildə bildirir ki, Ermənistan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə zərər vura biləcək hər hansı geosiyasi dəyişiklik və ya istənilən addım qəbuledilməzdir.

“Bu, birinci zəruri şərtdir. İkinci, əsas şərt isə ABŞ-ın regionda hər hansı hərbi mövcudluğunun yolverilməz olmasıdır. Bu yanaşma ABŞ-ın İran xalqına qarşı düşmən münasibətinin dəfələrlə, o cümlədən son dövrlərdə təsdiqlənməsinə əsaslanır.

Beləliklə, bu iki şərtdən – Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə təhlükənin olmamasından, həmçinin ölkə sərhədləri daxilində ABŞ-ın hərbi mövcudluğunun və ya təhlükəsizlik qüvvələrinin yerləşdirilməməsindən çıxış edərək, layihə erməni xalqının inkişafına və rifahına töhfə verəcəyi təqdirdə ona etiraz etmək üçün heç bir əsasımız yoxdur”, – İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri yekunlaşdırıb.

Qeyd etmək lazımdır ki, tədbirdə distant formatda olsa da, azərbaycanlı ekspert, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov da iştirak edib.

O, forum iştirakçılarını əmin edib ki, TRIPP-in işə salınması Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində açılması demək olacaq. Onun qiymətləndirməsinə görə, sərhədlər bağlı qaldığı halda TRIPP-in işə salınması mümkün deyil. Çünki məntiqi baxımdan “Tramp marşrutu”nun həyata keçirilməsinə başlanılması artıq sərhədin müəyyən hissədə – ən azı qismən açılmasını nəzərdə tutur.

Vasif Hüseynov qeyd edib ki, bu proses sülh sazişinin imzalanması ilə müşayiət olunmalıdır.

“Prezident Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan öz konstitusiyasını dəyişdikdən sonrakı gün Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Sülh sazişinin imzalanması isə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması demək olacaq. Sülh sazişinin, eləcə də TRIPP layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub”, – ekspert bildirib və əlavə edib ki, Zəngəzur dəhlizi zaman keçdikcə TRIPP layihəsinə transformasiya olunub.

Beləliklə, İranlı “dostlara” heç olmasa müəyyən cavab elə onların iştirakı ilə verilib. Bununla belə, İranın güclü rəqiblərlə həll olunmamış hərbi münaqişənin mürəkkəb dövründə belə Ermənistanın və TRIPP layihəsinin aid olduğu digər ölkələrin daxili işlərinə faktiki olaraq müdaxilə etməkdə davam etməsi narahatlıq doğurmaya bilməz. İran İslam Respublikasının rəsmi nümayəndələrinin – səfir Şirqolami və İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş direktorunun müavini Qolipurun səsləndirdiyi bəyanatları başqa cür anlamaq çətindir.

Tehran öz nümayəndələrinin İrəvanda keçirilən beynəlxalq tədbirdə bu cür bəyanatlar verməsi ilə ümumiyyətlə nəyə ümid edir? Bakıda və ya Vaşinqtonda kiminsə onların “dəyərli” fikirlərinə qulaq asacağını düşünür? Axı TRIPP (“Zəngəzur dəhlizi”) ərazi baxımından İrana heç bir şəkildə aid deyil. Tehran Azərbaycanı və ABŞ-ı qorxutmağa çalışır?

Pressklub.az-ın suallarını müstəqil analitik Rəşad Rzaquliyev cavablandırıb.

O, ilk növbədə bildirib ki, TRIPP Tehran üçün həqiqətən də həssas məsələdir. Ekspertin sözlərinə görə, marşrut faktiki olaraq İran İslam Respublikasını Ermənistan, Gürcüstan, Qara dəniz və daha sonrakı istiqamətlərlə birləşdirən yeganə quru dəhlizinin keçdiyi ərazidən uzanmalıdır.

“İranlılar üçün bu, abstrakt geosiyasətdən daha çox mühüm geoiqtisadi bağlantı məsələsidir. Müvafiq təhlükəsizlik infrastrukturu ilə birlikdə amerikalı özəl operatorun idarəçiliyi altında olacaq marşrut İran tərəfindən düşməncəsinə qəbul edilir. Bu, Rusiyanın öz sərhədləri yaxınlığında NATO infrastrukturuna reaksiyası ilə eyni qəbildən olan məntiqdir.

İranlı spikerlərin çıxışlarında Ermənistan hökumətinə ünvanlanan kifayət qədər aydın təhdid çalarları hiss olunur: əgər TRIPP layihəsinin razılaşdırılması zamanı İran tərəfinin tövsiyə və tələblərinə qulaq asılmasa, bunun nəticələri ola bilər. Ermənistana konkret eyham da bundan ibarətdir – lazım gələrsə, itirəcəyiniz şeylər var. İran sərhədi blokada şəraitində olan ölkənin xarici aləmə işlək iki çıxışından biridir. Buna enerji svoplarını və Ermənistan üçün həyati əhəmiyyət daşıyan cənub istiqamətli ticarət dəhlizini də əlavə etsək, bütün bunlar İranın Paşinyan administrasiyasına təzyiq göstərməsi üçün ciddi rıçaqdır.

İran fiziki olaraq əvvəlcədən kənarda saxlandığı prosesdə Tehranın söz haqqını institusionallaşdırmağa çalışır. O, layihəni neytrallaşdırmağa deyil, məsləhətçi statusu əldə etməyə və bununla da həm simasını qorumağa, həm də məsələdə minimal iştirakını saxlamaq istəyir. Konfransda iranlı spikerlərin söylədikləri də məhz bundan ibarət idi”, – ekspert vəziyyəti belə təsvir edib.

O qeyd edib ki, məsələyə daha geniş miqyasda baxdıqda, İranın son dövrlərdə regiondakı hərbi və siyasi nüfuzunun obyektiv şəkildə zəifləməsi fonunda ölkə hakimiyyəti öz elitasına, qonşularına, Moskva ilə eyni ox üzrə tərəfdaşlarına və bütövlükdə Avrasiyadakı anti-Qərb ictimaiyyətinə Cənubi Qafqazda hələ də müstəqil aktor olduğunu nümayiş etdirmək istəyir.

“Eyni zamanda, erməni müxalifətinin Rusiyaya meylli olan və İranın xatırlatmasına ehtiyac duymadan belə Nikol Paşinyanı suverenliyi təslim etməkdə ittiham edən hissəsinə də dəstək vermək istəyirlər.

Konfransdan sonra aydın olan əsas məsələ budur ki, İranın coğrafi baxımdan üçüncü ölkənin ərazisindən keçən layihəni əngəlləmək üçün nə hərbi, nə də iqtisadi alətləri var.

Vasif Hüseynovun forumdakı cavabı yeganə düzgün reaksiya təsiri bağışlayır – iranlı carçılarla birbaşa söz savaşına girmədən müzakirəni praktiki müstəviyə keçirmək. Bununla da prosesin İran nümayəndələrinin İrəvanda keçirilən növbəti forumda “qırmızı xətt” ifadəsini neçə dəfə səsləndirməsindən asılı olmayaraq, öz məntiqi ilə irəlilədiyini göstərmək”, – Rzaquliyev yekunlaşdırıb.

Rauf Orucov

“Referendum” oyunu –
Dnestryanı bölgə gözlənilmədən öz müqəddəratını təyin etmək barədə danışmağa başlayıb

Yenixeberorg.biz: Dnestryanı bölgə öz müqəddəratını təyin etməklə bağlı yeni referendum keçirməyə hazırdır. Bunu “Dnestryanı Moldova Respublikasının prezidenti” Vadim Krasnoselski bildirib. Lakin o vurğulayıb ki, referendumun nəticələri bütün beynəlxalq iştirakçılar tərəfindən qəbul edilməlidir. Krasnoselskinin açıqlaması “prezidentin” mətbuat xidmətinin yaydığı videoda yer alıb.

Krasnoselski xatırladıb ki, Dnestryanı bölgədə hələ 2006-cı ildə öz müqəddəratını təyin etməklə bağlı referendum keçirilib. Onun sözlərinə görə, həmin vaxt vətəndaşların 97,1 faizi “DMR”in müstəqillik kursunu və sonradan Rusiya Federasiyasına sərbəst şəkildə birləşməsini dəstəkləyib.

“20 il əvvəl Moldova Dnestryanı xalqını bu seçim qarşısında qoydu, indi də eyni vəziyyətdir. Dnestryanı xalqının da seçim hüququ var. Biz 20 ildən sonra yenidən referendum keçirməyə hazırıq. Heç bir problem yoxdur. Əsas odur ki, referendumun nəticələri bütün beynəlxalq iştirakçılar tərəfindən qəbul edilsin. O zaman heç bir sual qalmaz”, – “prezident” bildirib.

Krasnoselski sentyabrın 17-də bildirib ki, bir neçə ay ərzində Dnestryanı bölgənin 60 mindən çox sakini Rusiya vətəndaşlığı almaq üçün müraciət edib, ümumilikdə isə “respublikada” artıq təxminən 220 min nəfərin Rusiya vətəndaşlığı var. Onun sözlərinə görə, buna Rusiya Prezidentinin may ayında imzaladığı fərman şərait yaradıb.

“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin fərmanı Dnestryanı xalqı üçün olduqca böyük praktiki və simvolik əhəmiyyət daşıyıb, – Krasnoselski qeyd edib. – Fərmanın vaxtında qəbul edilməsi və ona tələbatın yüksək olması cəmiyyətin böyük marağı ilə təsdiqlənir: cəmi bir neçə ay ərzində 60 mindən çox insan Rusiya vətəndaşlığına qəbul üçün elektron növbəyə yazılıb. Sizi əmin edirəm ki, istəyənlərin sayı daha çoxdur. Proses başlayıb”.

Maraqlıdır, Dnestryanı separatçılarının lideri referendum mövzusunu niyə məhz indi yenidən gündəmə gətirib? Kremldən hansısa göstəriş alıb? Bəs Moskvada nəyə ümid edirlər? Kremlin masasında Moldovadakı vəziyyəti yenidən sarsıtmaq üçün növbəti plan var? Krasnoselskinin may ayından bəri Dnestryanı bölgədə 60 mindən çox insanın Rusiya vətəndaşlığı almaq üçün müraciət etdiyi barədə dedikləri həqiqətə nə dərəcədə uyğundur?

Pressklub.az-ın suallarına tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinyov) direktoru Vitali Andriyevski cavab verib.

Onun sözlərinə görə, Dnestryanı bölgə Moldovaya təzyiq göstərmək üçün ən ciddi potensial alətlərdən biri olaraq qalır.

“Bununla belə, Moskva üçün bölgənin dəyəri heç də münaqişənin dərhal kəskinləşdirilməsində və ya hərbi eskalasiyada deyil. Daha effektiv üsul regionu daim idarə olunan gərginlik vəziyyətində saxlamaqdır: müharibə yaratmaq yox, böhranın hər an alovlana biləcəyi hissini formalaşdırmaq. Bir böyük toqquşma əvəzinə onlarla xırda münaqişə siyasətindən istifadə olunur və bu, Kişinyovu diqqətini, siyasi resurslarını və dövlətin imkanlarını daima başqa istiqamətə yönəltməyə məcbur edir.

Belə eskalasiyanın bir neçə əsas ssenarisi mövcuddur:

- Siyasi eskalasiya. Yeni referendum barədə söhbətlər, bölgəyə xüsusi status verilməsi tələbləri, “dövlətçilik” elementlərinin nümayişkaranə şəkildə qabardılması və Tiraspolun öz gələcəyini müstəqil müəyyənləşdirmək hüququna malik olduğu barədə bəyanatlar. Kişinyovla bərabərhüquqlu tərəf kimi danışıqlar aparmaq tələbi də ayrıca alət kimi istifadə olunur. Daxili münaqişənin guya bərabərhüquqlu subyektlər arasında danışıqlara çevrilməsinə imkan verməmək Moldova üçün prinsipial əhəmiyyət daşıyır. Çünki nizamlanmanın beynəlxalq çərçivəsi Dnestryanı bölgəyə xüsusi status verilməklə Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyü prinsipi üzərində qurulub.

- Küçə etirazları. Bölgənin sosial və iqtisadi problemlərindən etiraz aksiyalarının təşkilində və “Kişinyova qarşı xalq narazılığı” görüntüsünün yaradılmasında istifadə olunur. Tariflər, vergilər, gömrük qaydaları, energetika və sosial ödənişlər bəhanə kimi istifadə edilir. Bu, Kişinyovun vahid iqtisadi və hüquqi qaydaları ölkənin bütün ərazisinə tətbiq etməsi fonunda xüsusilə əlverişlidir. Belə addımları asanlıqla “iqtisadi blokada” kimi təqdim etmək mümkündür.

- Seçkilər və legitimlik. İstənilən seçki prosesi siyasi münaqişəyə çevrilir. Kişinyov Tiraspolun keçirdiyi prosedurları tanımaya bilər, Tiraspol isə öz növbəsində mərkəzi hakimiyyəti müdaxilədə və bölgəni “seçim hüququndan” məhrum etməkdə ittiham edə bilər. Bu da Dnestrin iki sahili arasındakı məsafəni daha da artırır.

- Təhlükəsizlik Zonasında təxribatlar. Qanunsuz postlar, hərəkət azadlığının məhdudlaşdırılması, saxlanmalar və güc strukturlarının səlahiyyətləri ətrafında mübahisələr daimi gərginlik ocaqları yaradır. 2026-cı ildə Moldovanın Birgə Nəzarət Komissiyasındakı nümayəndə heyəti artıq Dnestryanı bölgənin güc strukturları tərəfindən belə pozuntulara yol verildiyini bəyan edib.

- “Müharibə təhlükəsi” ilə bağlı informasiya əməliyyatları. Moldovanın guya Dnestryanı problemini güc yolu ilə həll etməyə hazırlaşdığı barədə məlumatlar davamlı şəkildə yayılır. Əsas məqsəd qorxu yaratmaqdır. Moldova ordusunun təlimləri, NATO ilə əməkdaşlıq, texnika tədarükü və ya Ukrayna ilə əlaqələr “hücuma hazırlıq” kimi təqdim olunur. Bundan sonra Tiraspol özünü zərərçəkən tərəf kimi göstərir, Rusiya isə “sülhü qorumaq” üçün bəhanə əldə edir.

- İqtisadi böhranlar. Energetika, ticarət, bank hesablaşmaları və vergilərlə bağlı məsələlər süni şəkildə siyasiləşdirilir. Problem yaradılır, məsuliyyət Kişinyovun üzərinə qoyulur, əhaliyə isə Moldovanın bölgəni “boğmağa” çalışdığı fikri aşılanır.

- Avropaya inteqrasiyanın ləngidilməsi. Moldova Aİ-yə doğru nə qədər irəliləyirsə, Dnestryanı bölgənin statusu məsələsi də bir o qədər kəskinləşir”, – politoloq bildirib.

Onun fikrincə, məhz buna görə Moskva Dnestryanı probleminin mümkün qədər mürəkkəb, baha başa gələn və siyasi baxımdan zəhərli qalmasında maraqlıdır.

“Kişinyov həddindən artıq sürətlə irəliləyəndə Dnestryanı bölgə vaxtaşırı üzərinə basmaq mümkün olan siyasi əyləcə çevrilir. Məsələnin mahiyyəti ayrı-ayrı təxribatlarda deyil, ölkə daxilində daim açıq saxlanılan daha bir cəbhənin mövcudluğundadır.

Eyni vaxtda beş gərginlik xətti – Qaqauziya, müxalifətin etirazları, iqtisadi problemlər, hibrid hücumlar və Dnestryanı bölgə – yarananda dövlət beş yanğını eyni anda söndürmək məcburiyyətində qalır. Hesab cəmiyyətin yorulmasına, hakimiyyətə etimadın azalmasına və xaos təsəvvürünün formalaşması üzərində qurulur. Nəticədə əsas siyasi tezis irəli sürülür: “Bu hakimiyyət bacarmır, ölkəyə başqa kurs lazımdır”.

Buna görə də Kişinyov üçün Dnestryanı bölgədə baş verənlərə təkcə reinteqrasiya ilə bağlı ayrıca problem kimi deyil, bütün ölkəni sabitsizləşdirməyə yönəlmiş daha geniş əməliyyatın bir hissəsi kimi baxmaq prinsipial əhəmiyyət daşıyır”, – Andriyevski yekunlaşdırıb.

Rauf Orucov

“Sülh körpüsü” çat verir? -
Təşəbbüsün erməni iştirakçıları Qarabağdakı kilsənin “alban kilsəsi” adlandırılmasından narazı qalıblar

“Sülh körpüsü” təşəbbüsünün erməni iştirakçıları diplomatların orta əsrlərə aid Gəncəsər monastır kompleksinə və ona bitişik muzeyə səfəri zamanı erməni mədəni irsinin təqdimatı ilə bağlı son hadisələrdən narahat olduqlarını bildirirlər”.

Yenixeberorg.biz: Bu barədə Ermənistan İctimai Radiosu xəbər verir.

“Ermənistan-Azərbaycan sülh prosesində artıq mühüm irəliləyiş əldə olunduğu və onilliklər davam edən münaqişədən sonra hər iki cəmiyyətin münasibətlərin yeni mədəniyyətinə keçidi davam etdirəcəyi gözlənildiyi bir vaxtda ictimai çıxışlar və atılan addımlar xüsusi əhəmiyyət kəsb edir.

Son hadisələr etimadsızlığı dərinləşdirir və dialoqun mənasız, sülhə nail olmaq cəhdlərinin isə faydasız olduğunu iddia edənlər üçün əlavə imkan yaradır. Sülh quruculuğu mürəkkəb və dürüst dialoq, bir-birinin problemlərinə diqqət və yaraları yenidən aça, yaxud düşmənçiliyi gücləndirə biləcək addımlardan şüurlu şəkildə yayınmaq üçün səylər tələb edir.

Buna görə də sülh prosesinin bütün iştirakçılarını mövcud məqamın məsuliyyətinə uyğun davranmağa, dağıdıcı kimi qəbul oluna biləcək söz və hərəkətlərdən çəkinməyə çağırırıq”, – onların bəyanatında deyilir.

Bəyanatı Areq Koçinyan, Naira Sultanyan, Boris Navasardyan, Narek Minasyan və Samvel Meliksetyan imzalayıblar.

Ermənistan İctimai Radiosunun saytında qeyd edilir ki, bəyanatı imzalayanlar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla birlikdə Qarabağa səfər zamanı “erməni mədəni irsini” alban irsi kimi təqdim etməsindən narazıdırlar.

Öz növbəsində News.am xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryan sentyabrın 14-də parlamentdə jurnalistlərlə söhbət zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin mövqeyinin əsassız olduğunu və sülh gündəliyinə töhfə vermədiyini bildirib.

Baş verənlər nədən xəbər verir? Bu hadisə “Sülh körpüsü” adlanan birgə vətəndaş dialoqu təşəbbüsünün dayandırılmasına gətirib çıxara bilərmi? Və bu insident rəsmi İrəvanla rəsmi Bakının tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişinə mənfi təsir göstərə bilərmi?

Məsələ ilə bağlı Pressklub.az-a danışan Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyovun sözlərinə görə, aydındır ki, Ermənistanda baş verən bəzi şeylər bizim xoşumuza gəlməyəcək, Azərbaycanda baş verənlərdən bəziləri isə Ermənistanda narazılıq doğuracaq.

“Buna təəccüblənmək lazım deyil. Münaqişə otuz ildən artıq müddətdə dərinləşib və bu ətalətin çox qısa zamanda aradan qaldırılacağını düşünmək mümkün deyil. Bu baxımdan, prosesin erməni iştirakçıları Azərbaycanda hər zaman bəyənilməyəcək fikirlər səsləndirəcəklər və əksinə, biz də eyni şeyi edəcəyik.

Azərbaycandakı erməni tarixi irsinin alban irsi kimi təqdim olunmasına gəlincə, bəlkə onlar əvvəlcə özləri düşünməlidirlər ki, İrəvandakı Azərbaycan məscidi (yeri gəlmişkən, Ermənistan ərazisində dağıdılmadan və məhv edilmədən qalan yeganə məscid) fars məscidi kimi təqdim olunmasın? Təsəvvür edirsiniz, axı Ermənistan ərazisindəki bir çox digər tarixi abidələri də gah türkmən, gah fars abidəsi adlandırırlar? Onları Azərbaycan abidəsi adlandırmağa isə dilləri gəlmir. Bəlkə bu barədə düşünməlidirlər?

Mən hesab edirəm ki, onlar sözlərinin müəyyən çəkisi olan ərazilərdə bunu nə qədər tez etməyə başlasalar, Azərbaycana ünvanladıqları tənqidi qeydlər bir o qədər sanballı görünər. O vaxta qədər isə nə demələrinin əhəmiyyəti yoxdur. Düşünmürəm ki, onların narazılığı nəyisə dəyişəcək. Çox güman ki, bu, erməni auditoriyasına hesablanıb. İstəmirlər ki, onları orada Azərbaycan narrativləri qarşısında həddən artıq geri çəkilməkdə ittiham etməsinlər”, – ekspert hesab edir.

Onun sözlərinə görə, Qarabağ ərazisindəki mədəni-tarixi və dini abidələr alban irsinə aiddir və tarixi məlumatlarla təsdiqlənən bu faktı inkar etmək üçün heç bir əsas yoxdur.

“Albaniyanın guya Ermənistanın bir hissəsi olduğu və onun irsinin erməni mədəni-tarixi və dini irsinin tərkib hissəsi sayılmalı olduğu barədə iddiaların heç bir əsası yoxdur. Bu abidələrin alban irsinə aid olduğunu inkar etmək yolverilməzdir, çünki müstəqil Alban kilsəsi mövcud olub və sonradan zorla erməniləşdirilib.

Tarixçilər hadisələrin xronologiyası ilə bağlı müzakirələri davam etdirə bilərlər, lakin bu irsin alban mənşəli olması faktı mübahisəsiz olaraq qalır. Azərbaycan öz ərazisində tarixi faktlara əsaslanan mövqeni irəli sürmək və müdafiə etmək hüququna malikdir. Vəssalam”, – Musabəyov yekunlaşdırıb.

Rauf Orucov

Moskvanın ikili siyasəti –
Bir gün Putinin zəngi gəlir, sabah isə Z-bloqerlər Bakını ittiham edirlər

Yenixeberorg.biz: Putin münasibətləri ən yüksək səviyyədə yoluna qoymaq üçün Əliyevə zəng edib, Rusiya mediası sanki Kreml ilə rəsmi Bakı arasında münasibətlərin normallaşmasına imkan verməməyə hesablanmış növbəti təxribata əl atdı.

“Kiyev rejiminə açıq dəstəyini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə istehsalı olan silahlı pilotsuz dəniz vasitələrini Vladimir Zelenskiyə verə bilər”. Rusiyanın “Dva mayora” (“İki mayor”) Telegram kanalının müəllifləri sentyabrın 8-də belə bir iddia ilə çıxış ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Türkiyənin “DEARSAN Gəmiqayırma Sənayesi” şirkətinin birgə istehsal etdiyi “SALVO” dəniz dronları və “KAYRA” kamikadze dəniz dronları sentyabrın 6-da Əliyevə nümayiş etdirilib.

“Azərbaycanın hazırkı siyasi rəhbərliyinin Ukraynaya açıq dəstəyini nəzərə alsaq, Türkiyə dronlarının, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün də yığılması istisna deyil”, – “Dva mayora” yazır.

Kanal müəllifləri qeyd edirlər ki, müasir dəniz dronlarının istehsalı Bakıya bahalı hərbi gəmilərdən istifadə etmədən Xəzərdə hərbi mövcudluğunu artırmağa və ticarət yollarının mühafizəsini gücləndirməyə imkan verir.

“Azərbaycanda bundan əvvəl öz istehsalı olan “Kalan” və “Suqovuşan” kamikadzelərini nümayiş etdirilib, lakin “SALVO” və “KAYRA” daha iri və texnoloji baxımdan daha inkişaf etmiş Türkiyə layihələridir. Diqqətçəkən məqam odur ki, Türkiyənin “SALVO” kiçik ekipajsız kateri ilk dəfə döyüş atışlarını hələ 2022-ci ildə həyata keçirib”, – Z-bloqerlər bildirirlər.

“SALVO” üç rejimdə fəaliyyət göstərə bilən silahlı “hibrid” katerdir: məsafədən idarəetmə – sahildən, gəmidən və ya komanda mərkəzindən; yarıavtonom və tam avtonom rejim. Katerin uzunluğu 14,79 metr, eni isə 3,83 metrdir. Açıqlanan məlumatlara görə, maksimal sürəti təxminən 111 km/saatdır. Fəaliyyət məsafəsi 400 dəniz milinədək, yəni təxminən 740 kilometrdir.

Katerin ölçüləri onun üzərində eyni vaxtda bir neçə döyüş modulunun yerləşdirilməsinə imkan verir. Silahlanmaya məsafədən idarə olunan 12,7 mm-lik “ASELSAN” pulemyot qurğusu, lazerlə idarə olunan “Roketsan Cirit” raketləri üçün buraxılış qurğuları – 70 mm-lik raketlər və “L-UMTAS” raketləri daxildir.

“KAYRA” kamikadze dronudur: uzunluğu 7,6 metr, eni 2,6 metrdir, korpusu kompozit materialdan hazırlanıb. Maksimal sürəti təxminən 111 km/saatdır. Fəaliyyət məsafəsi 300 dəniz milinədək, yəni təxminən 555 kilometrdir.

Rusiya mediası eyni zamanda xatırladır ki, Azərbaycan iyulun 29-da kritik infrastrukturun, xüsusilə də dəmir yollarının bərpası üçün Ukraynaya 40 ton avadanlıq göndərib. Ukrayna Energetika Nazirliyinin məlumatına görə, avadanlıqların göndərilməsi, demək olar, hər gün həyata keçirilib.

Ancaq nəzərə almaq lazımdır ki, kritik infrastrukturun bərpası üçün avadanlıq tədarükünün də aid edilməli olduğu humanitar dəstək bir şeydir, Rusiya mediasının Azərbaycanı ittiham etməyə çalışdığı birbaşa silah tədarükü isə tamam başqa məsələdir.

Bəs bu cür addımların məntiqi nədən ibarətdir? Rusiyada mövcud olan sərt avtoritar rejim şəraitində hər hansı bir medianın, üstəlik, hökumətyönümlü mövqe tutan informasiya resursunun Kremldəki kuratorlarının birbaşa razılığı və ya göstərişi olmadan qonşu dövlətə qarşı ittiham və ya şübhələr irəli sürə biləcəyinə inanmaq çox çətindir. Bu cür “ikili oyun” nə ilə izah oluna bilər? Bir gün Putindən zəng gəlir, sabah isə Z-bloqerlər anlaşılmaz ittihamlar səsləndirirlər. Belə taktikanın arxasında hansı məqsəd dayana bilər?

Məsələ ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli ilk növbədə qeyd edib ki, Rusiyada fəaliyyət göstərən Z-bloqerlər, hərbi bloqerlər, Telegram kanalları və müxtəlif media resursları əsasən Kremlin nəzarətində olan vahid informasiya sisteminin tərkib hissəsidir və ümumi siyasi xəttə uyğun fəaliyyət göstərirlər.

“Onların hər birinə ayrıca və birbaşa göstəriş verməyə ehtiyac yoxdur. Z-bloqerlər, bir qayda olaraq, Kremlin rəsmi siyasətinin mahiyyətini bilirlər və fəaliyyətlərini bu istiqamətdə qururlar. Əgər onlar nə vaxtsa Kremlin maraqlarına zidd mövqe tuturlarsa, xəbərdarlıq edilir və ya müəyyən məhdudiyyətlərlə üzləşirlər. Digər hallarda isə Kremlin siyasətini daha sərbəst şəkildə yayımlaya bilirlər.

Putin və Kreml dövlətlərarası münasibətlərə birbaşa cavabdeh olduqları üçün xüsusilə qonşu dövlətlərlə münasibətlərdə müəyyən diplomatik xətti qorumağa çalışırlar. Kreml öz mövqeyini birbaşa və bütün detalları ilə açıqladıqda, bu, sonrakı diplomatik manevrlər üçün imkanları məhdudlaşdırır. Məhz buna görə də Rusiyanın real niyyət və gözləntiləri bəzən müxtəlif qeyri-rəsmi və ya yarı-rəsmi informasiya kanalları vasitəsilə qarşı tərəfə çatdırılır. Belə hallarda əsas mesaj ondan ibarət olur ki, guya Rusiya cəmiyyətində qarşı tərəfə qarşı ciddi narazılıq və mənfi münasibət mövcuddur. Beləliklə, Kreml rəsmi mövqeyini dəyişmədən tərəfdaşına müəyyən siyasi təzyiq göstərmək imkanı əldə edir”, – analitik bildirib.

Onun sözlərinə görə, Putinin rəsmi bəyanatları ilə Kremlə bağlı media və Z-bloqerlərin mövqeyi zahirən nə qədər ziddiyyətli görünsə də, əslində onlar bir-birini tamamlayan iki kanal kimi çıxış edə bilərlər: biri diplomatik, digəri isə informasiya və təzyiqi ifadə edən kanaldır.

“Kreml həssas və ya siyasi baxımdan riskli ittihamları birbaşa səsləndirmək istəmədikdə, onların qeyri-rəsmi informasiya məkanına buraxılması üçün şərait yaradır. Daha sonra qarşı tərəfin reaksiyasından, atdığı addımlardan və formalaşan informasiya fonundan asılı olaraq rəsmi siyasət müəyyənləşdirilir və ya ona düzəliş edilir. Beləliklə, Moskva yalnız öz mesajını çatdırmır, eyni zamanda, zərurət yaranarsa, həmin mesajdan məsafə saxlamaq imkanını da qoruyur.

Mövcud geosiyasi şəraitdə Rusiyanın Azərbaycana təsir rıçaqları əvvəlki dövrlə müqayisədə xeyli zəifləyib. Qarabağ məsələsinin həlli Moskvanı regiondakı əsas təsir vasitələrindən birindən məhrum edib. Bundan başqa, Azərbaycan Rusiyadan ciddi iqtisadi asılılıq şəraitində deyil. Bununla belə, Kreml Azərbaycanın onun geosiyasi təsir və nəzarət zonasından getdikcə daha çox uzaqlaşması ilə barışmaq istəmir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, eləcə də Qərb, Türkiyə və digər güc mərkəzləri ilə əlaqələrini genişləndirməsi Moskva üçün Rusiyanın Cənubi Qafqazdakı ənənəvi mövqelərinin zəifləməsi deməkdir. Bu səbəbdən Kreml müxtəlif siyasi, diplomatik və informasiya vasitələrindən istifadə etməklə Azərbaycana təsir və təzyiq imkanlarını qoruyub saxlamağa və mümkün qədər genişləndirməyə çalışır”, – Məmmədli izah edib.

Rauf Orucov

“Hitler kabusu” Avropaya geri dönür? –
Almaniyada siyasi mənzərəni silkələyən seçki nəticəsi qeydə alınıb. Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə sağ populist Almaniya üçün Alternativ (AfD) səslərin 44,5 faizini toplayaraq birinci yerə çıxıb.

Yenixeberorg.com: Almaniyanın ARD ictimai yayımçısının açıqladığı nəticələrə görə, AfD cəmi beş il ərzində səsini 23,7 faiz bəndi artırıb. Partiya 2021-ci ildə həmin əyalətdə 20,8 faiz səs toplamışdı.

Bu nəticə Almaniyada İkinci Dünya müharibəsindən sonra radikal sağın yüksəlişi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

CDU-nun qalası dağıldı
2002-ci ildən bəri Saksoniya-Anhaltda bütün baş nazirləri çıxaran Xristian Demokrat İttifaqı (CDU) bu dəfə böyük fərqlə ikinci yerə düşüb.
35 yaşlı Ulrich Siegmundun rəhbərliyi altında seçkiyə gedən AfD-nin nəticəsi xüsusilə diqqət çəkir. Çünki qarşıda Aşağı Saksoniya, Berlin və Meklenburq-Ön Pomeraniyada da seçkilər var.
İndi Almaniyada əsas müzakirələrdən biri budur: ənənəvi partiyalar AfD-ni hakimiyyətdən kənarda saxlamaq üçün qurduqları siyasi “təhlükəsizlik divarını” nə qədər davam etdirə biləcəklər?
Bəs Avropanın faşizmin ən ağır nəticələrini yaşamış ölkəsində radikal sağ niyə bu qədər sürətlə güclənir?

Güven Aydın: “Almaniyada təhlükəli siyasi boşluq yaranıb”

Almaniyada yaşayan siyasi şərhçi Güven Aydın hesab edir ki, AfD-nin yüksəlişini təkcə irqçilik və ya neonasizm anlayışı ilə izah etmək məsələnin mahiyyətini tam əks etdirmir.

Onun fikrincə, Almaniyada illərdir yığılan sosial-iqtisadi narazılıq, miqrasiya böhranı, təhlükəsizlik qayğıları və ənənəvi partiyalara etimadın azalması radikal sağ üçün son dərəcə əlverişli siyasi zəmin yaradıb:

“Almaniyada uzun müddətdir ciddi narazılıq toplanır. İnsanların bir hissəsi hesab edir ki, Berlin onların gündəlik problemlərindən uzaqlaşıb. Bahalaşma, mənzil problemi, enerji xərcləri, iş yerləri ilə bağlı qeyri-müəyyənlik və miqrasiya məsələsi üst-üstə düşəndə etiraz səsi radikal partiyalara yönəlir”.

Ərəb qaçqınlar AfD-ni gücləndirdimi?

Aydının fikrincə, 2015-ci ildən sonra Almaniyaya Yaxın Şərqdən, xüsusilə Suriyadan böyük miqrasiya dalğası AfD-nin siyasi mobilizasiyasında mühüm faktorlardan birinə çevrilib. Lakin bütün məsuliyyəti ərəb qaçqınların üzərinə qoymaq yanlış olardı:

“AfD miqrasiya mövzusundan son dərəcə effektiv siyasi alət kimi istifadə etdi. Ayrı-ayrı miqrantların törətdiyi cinayətlər, inteqrasiya problemləri və sosial yardımlarla bağlı mübahisələr mediada və sosial şəbəkələrdə ümumiləşdirilərək bütün miqrantlara şamil edildi. Bu da cəmiyyətdə qorxu və narazılığın böyüməsinə xidmət etdi”.

Şərhçi hesab edir ki, problem yalnız Almaniyaya gələn insanların sayı deyil, Berlinin miqrasiya və inteqrasiya siyasətinin cəmiyyətin müəyyən təbəqələrində yaratdığı ədalətsizlik hissidir.
“Alman seçicisinin bir hissəsi düşünür ki, dövlət yeni gələnlər üçün vəsait tapdığı halda öz vətəndaşının mənzil, sosial təminat və yaşayış xərcləri ilə bağlı problemlərini həll edə bilmir. AfD də məhz bu hissi siyasi kapitala çevirir. Burada miqrant səbəbdən daha çox siyasi vasitəyə çevrilib”.

“Hitler Almaniyası geri qayıdır” demək doğrudurmu?

Aydın bu məsələdə mühüm fərq qoymağın lazım olduğunu bildirir:

“AfD-yə səs verən 44,5 faizin hamısını neonasist və ya Hitler tərəfdarı adlandırmaq ciddi səhv olar. Bu insanların arasında sistemə etiraz edən, miqrasiya siyasətindən narazı qalan, iqtisadi vəziyyətdən şikayət edən və ənənəvi partiyalara alternativ axtaran böyük seçici kütləsi var. Təhlükə başqa yerdədir: sosial narazılıq radikal ideologiyanın normallaşması üçün münbit zəmin yarada bilər”.

Onun fikrincə, Almaniyanın tarixi təcrübəsi səbəbindən bu tendensiya xüsusilə həssasdır.
“Hitler də bir gündə ortaya çıxmamışdı. İqtisadi böhran, siyasi sistemə inamsızlıq, cəmiyyətin qütbləşməsi və günahlandırılacaq sosial qrupların müəyyənləşdirilməsi radikallaşmanın zəminini yaratmışdı. Bugünkü Almaniya 1930-cu illərin Almaniyası deyil. Demokratik institutlar çox güclüdür. Ancaq tarixin dərsi odur ki, cəmiyyətin narazılığını vaxtında görməmək təhlükəli nəticələr doğura bilər”.

Problem qaçqınlardır, yoxsa Berlin?

Beləliklə, AfD-nin 44,5 faizə yüksəlməsini yalnız miqrantlarla izah etmək mümkün deyil. Miqrasiya katalizatorlardan biridir, lakin onun arxasında daha böyük sosial və siyasi böhran dayanır: iqtisadi narazılıq, Şərq-Qərb fərqləri, ənənəvi partiyalara etimadsızlıq, təhlükəsizlik mübahisələri və Berlin elitası ilə seçici arasındakı məsafə.
Əsas təhlükə isə AfD-nin bir seçkidə neçə faiz toplaması deyil.

Əsas sual budur: Almaniyada dünən siyasi sistemin kənarında hesab edilən radikal fikirlər sabah siyasi normaya çevrilə bilərmi?(yenicag.az)

Amir Aqiloğlu

30 ilin pərdəarxası:
Səfir Aİ-Azərbaycan münasibətləri ilə bağlı yeni mərhələnin başladığını deyir, amma...

“Avropa İttifaqı (Aİ) və Azərbaycan münasibətlərin yeni mərhələsinə qədəm qoyur”.

Yenixeberorg.com: Bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunziç Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən "LINKS Europe" Fondu ilə birgə təşkil edilmiş dəyirmi masada bildirib. "Biz münasibətlərimizin yeni mərhələsinə qədəm qoyuruq. Onlar intensivləşib", - o qeyd edib.

M.Kuyunziçin sözlərinə görə, bu il Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar başlayıb: "Danışıqlar sentyabrın sonunda davam edəcək. Biz həmçinin Tərəfdaşlıq Prioritetlərini müzakirə etdik. Sənədin mətni ilkin olaraq razılaşdırılıb".

Diplomatın sözlərinə görə, bu iki sənəd "təmiz enerji" və ticarət kimi sahələrdə əməkdaşlıq üçün müasir və iddialı əsas təmin edəcək.

M.Kuyunziç qeyd edib ki, bu il Azərbaycan və Aİ arasındakı münasibətlərin 30 ili tamam olur. O vurğulayıb ki, Azərbaycan Aİ-nin mühüm və etibarlı enerji tərəfdaşına çevrilib, Avropa İttifaqı isə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

Səfir, həmçinin yüksək səviyyəli əlaqələrin aktivləşməsinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycandakı fəaliyyətinin ilk 10 ayında ölkəyə üç avrokomissar, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi (Kaya Kallas), iyulun 1-də isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen səfər edib. "Bu, münasibətlərimizin necə dinamikləşdiyini göstərir", - o vurğulayıb.

Səfirin açıqlamaları Bakı və Brüssel arasında zahirən intensiv dialoqun göstəricisi olsa da, 30 illik diplomatik tarixin pərdəarxası daha mürəkkəb dinamikadan xəbər verir. Belə ki, 1996-cı ildə imzalanmış ilk Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən bu günə qədər keçən dövrü üç əsas mərhələyə bölmək olar:

Enerji tərəfdaşlığı - Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Azərbaycan Aİ-nin kritik enerji təhlükəsizliyi sütununa çevrildi;

44 günlük Vətən müharibəsindən və Rusiyanın Ukraynaya təcavüzündən sonra Bakının həm enerji xətti, həm də Orta Dəhliz (Şərq-Qərb nəqliyyat marşrutu) çərçivəsində geostrateji çəkisi kəskin artdı;

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ölkə iqtisadiyyatına ən çox birbaşa sərmayə yatıran təşkilat statusunu saxlayır.

Səfirin vurğuladığı kimi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ Şurasının prezidenti Antonio Koşta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya ard-arda səfərləri Aİ-nin Cənubi Qafqaz geopolitikasında Bakıya nə qədər ehtiyacı olduğunu göstərir. Bu yüksəksəviyyəli diplomatik heyətin Bakı danışıqlarında masada olan əsas mövzular aşağıdakılardır:

Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenə görə, əsas prioritet Azərbaycan qazının Avropaya ixracının 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılmasına dair 2022-ci il memorandumunun icrasını sürətləndirməkdir. Eyni zamanda, Qara dənizin dibi ilə çəkiləcək "Yaşıl Enerji Kabeli" layihəsi üzrə konkret addımlar və Avropanın bərpa olunan enerjiyə ehtiyacının Bakı vasitəsilə ödənilməsi strategiyası müzakirə olunub.

Aİ Şurası prezidenti Antonio Koştanın diqqət mərkəzində isə Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması olub. Koşta Brüsselin sülh prosesində vasitəçilik marağını saxladığını vurğulamaqla yanaşı, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz layihəsində Bakının tranzit imkanlarının genişləndirilməsini müzakirə edib.

Aİ-nin xarici siyasət üzrə baş diplomatı Kaya Kallasın Bakı təmaslarında əsas xətt Cənubi Qafqazda hərbi-siyasi sabitlik, Rusiyanın beynəlxalq sanksiyalardan yayınma mexanizmlərinin qarşısının alınması və Xəzər-Qara dəniz hövzəsində təhlükəsizlik arxitekturasının formalaşdırılması olub.

Danışıqların sentyabrın sonunda bərpa olunacağı bildirilsə də, illərdir uzanan yeni İkitərəfli Tərəfdaşlıq Sazişinin imzalanmasını ləngidən ciddi fikir ayrılıqları mövcuddur. Tərəflər strategiyada razılaşsalar da, şərtlərdə çarpaz mövqelərdədirlər:

Aİ nə istəyir?

Brüssel ticarət bölməsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını, gömrük rüsumlarının azaldılmasını və Avropa şirkətləri üçün daxili bazara geniş çıxış tələb edir. Azərbaycan hökuməti isə yerli istehsalı, kənd təsərrüfatını və qeyri-neft sektorunu qorumaq üçün ÜTT-yə tələsik üzvlükdən çəkinir və Aİ ilə xüsusi, çevik ticarət rejimi irəli sürür.

Siyasi vektora gəlincə, Avropa Parlamentinin və bəzi Aİ strukturlarının təzyiqi ilə Brüssel sənədə vətəndaş cəmiyyəti, məhkəmə-hüquq islahatları və siyasi azadlıqlarla bağlı sərt monitorinq mexanizmləri daxil etməyə çalışır. Bakının mövqeyi isə belədir: Azərbaycan daxili işlərinə müdaxilə xarakteri daşıyan hər hansı siyasi şərti qəbul etmir və münasibətlərin yalnız "bərabərhüquqlu tərəfdaşlıq və suverenliyə hörmət" prinsipi ilə qurulmasını tələb edir.

Enerji və "Yaşıl keçid" sahəsi üzrə fikir ayrılığı yoxdur. Qara dənizin dibi ilə çəkiləcək "Yaşıl enerji kabeli" və Avropaya bərpa olunan elektrik enerjisinin ixracı hər iki tərəfin kommersiya və strateji maraqlarına cavab verir.

Beləliklə, səfir Kuyunziç Aİ-nin ən yüksək rəhbərlərinin - Ursula fon der Lyayen, Antonio Koşta və Kaya Kallasın Bakıya gəlişini xüsusi qabartsa da, diplomatik müstəvidə fərqli bir mənzərə var.

Onu da xatırladaq ki, Bakıdan Brüsselə səfərlər əsasən Xarici işlər naziri Ceyhun Bayramov və Energetika naziri Pərviz Şahbazov səviyyəsində Aİ-Azərbaycan Əməkdaşlıq Şurası çərçivəsində reallaşır. Prezident İlham Əliyev isə bir neçə il əvvəl Aİ Şurasının təşkil etdiyi üçtərəfli sammitlər çərçivəsində Brüsseldə olub. Son dövrlər Avropa Parlamentinin anti-Azərbaycan qətnamələri və bəzi Aİ institutlarının İrəvana birtərəfli dəstək verməsi Bakının rəsmi Brüsselə qarşı ehtiyatlı və məsafəli mövqe tutmasına səbəb olub.

Yekun olaraq vurğulayaq ki, Aİ və Azərbaycan bir-biri üçün "vazkeçilməz" tərəfdaşlardır. Brüssel Rusiyadan kənar etibarlı qaz və logistika dəhlizinə, Bakı isə iqtisadiyyatı şaxələndirmək üçün Avropa kapitalına və texnologiyasına ehtiyac duyur. Sentyabrın sonunda bərpa olunacaq danışıqlar Brüsselin Bakının "qırmızı xətlərini" nə dərəcədə nəzərə alacağını göstərəcək.(Pressklub)