Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif təyinatlı malların satın alınması üzrə 01.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “EVEREST-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərfələr arasında 601.370,48 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınaılmaların portalında 09.10.2026-cı ildə dərc edilib.

Yenixeberorg.az: Şərtlər toplusuna görə “EVEREST-2022” MMC Kommunal Təsərrüfatı Birliyini 95 ədəd metal 1000 litrlik yaşıl rəngli, 40 ədəd metal 1000 litrlik narıncı rəngli zibil konteynerləri, 30 ədəd arxalı oturacaq, 5.000 cüt beş barmaq,sintetik parça, üzəri boyalı əlcək, 8.000 ədəd 72% (100qr) təsərrüfat sabunu, 800 kq yağlı boya, hər birindən 60 ədəd sapsız bel ucu iti və çalov, 140 ədəd bel sapı, 120 ədəd konteyner təkəri, 200 kq zibil torbası, 120 ədəd ixtisaslaşdırılmış araba, 340 cüt botinka qış üçün, 340 cüt botinka yay üçün, 340 dəst fəhlə paltarı, 340 dəst fəhlə paltarı qış üçün, 340 ədəd işarə jileti yay üçün, 340 ədəd işarə jileti qış üçün, 150 ədə kepka, 150 ədəd ləçək, 260 ədəd xalat, 340 ədəd gödəkçə, 56 ədəd avtoşin KAMAZ üçün, 24 ədəd avtoşin ZİL üçün və digər bu kimi təsərrüfat malları və digər nəqliyyat vasitələri üçün ehtiyyat hissələri ilə təchiz etməlidir.

Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 12.12.2025-ci ildə, yəni yuxarıda bəhs edilən tenderdən doqquz ay əvvəl, müxtəlif təyinatlı malların alınması üzrə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 359.762,53 manat məbləğində müqavilə bağlayıb.

Göründüyü kimi, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son 9 ayda müxtəlif təyinatlı malların satın alınması üzrə ümumi dəyəri 961 132 manat olan 2 satınalma müqaviləsi bağlayıb.

Şərtlər toplusuna görə qalib “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC Kommunal Təsərrüfatı Birliyini 40 ədəd fəhlə arabası (9 ay sonra 30 ədəd), 1.000 kq yağlı boya, 6.200 ədəd 72% (100qr) təsərrüfat sabunu (9 ay sonra 8.000 ədəd), 250 ədəd konteyner təkəri, 10 ədəd karobka filtr, 20 ədəd dizel filtri, 20 ədəd hava filtri, 20 ədəd yağ filtri və digər bu kimi eyni adlı təsərrüfat malları ilə təchiz edib.

Bundan əlavə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 02.11.2022-ci ildə əməkdaşların stifadəsi üçün nəzərdə tutulan bir sıra malların və lavazimatların satın alınması üzrə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 289.745,46 manat dəyərində müqavilə bağlayıb.

Şərtlər toplusuna görə QSC Kommunal Təsərrüfatı Birliyini 200 ədəd fəhlə arabası, hər birindən 650 ədəd olmaqla vedrə dəmir 10 lt, bel sapı, bel çalov böyük, bel çalov kiçik, bel çalov ucu iti, xəkəndaz, 62.000 ədəd süpürgə həyət üçün və digər bu kimi eyni adlı təsərrüfat malları ilə təchiz edib.

Göründüyü kimi Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2022-ci ilin noyabrından bu yana əməkdaşların xidməti istifadəsi üçün nəzərdə tutulan malların satınalınması üzrə ümumi dəyəri 1 250 877 manat dəyərində 3 satınalma müqaviləsi bağlayıb. Birliyin 2023-2024-cü illərdə satın aldığı təsərrüfat malları barədə satınalmaların portalına məlumat yerləşdirilməyib. Maraqlıdır, Xəzər rayon Kommunal Təsərrüfatı Birliyi bir milyon iki yüz əlli min manat dövlət vəsitinə aldığı bu təsərrüfat malları harada işlənib?

Göründüyü kimi Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son dörd ildə konkret sayı bəlli olmayan əməkdaşlarının xidməti istifadəsi üçün ləvazimatlara, geyimə milyon manatdan yuxarı dövlət vəsaiti xərcləyib. Hələ Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin son illər nəqliyyat və xüsusi texnikaların satınalınmasına, o cümlədən onlara ehtiyyat hissələrinin alınması məqsədi ilə xərclədiyi milyonlarla mant dövlət vəsaitini bura qatmamışıq.

Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin aldığı bu təsərrüfat mallarının istifadə müddətinin nə qədər olması barədə konkret bir fikir söyləmək çətindir. Amma bu təsərrüfüt mallarının böyük hissəsinin əməkdaşların xidməti istifadəsinə heç verilmədiyini söyləmək olar. Çünki Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərinin sayı məlum deyil. Belə olan halda hər il yüzminlərlə manata alınan geyim dəstləridən kimlərin istifadə etdiyi də, təsərrüfat mallarının harada istifadı olunduğu da bəlli deyil. Odur ki, Birliyin milyon manatdan çox dövlət vəsitinə aldığığ təsərrüfat mallarını həm də kimlərsə “yeyir”.

Qeyd edək ki, Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət İslamovdur. O, uzun illər Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi olmuş Böyükağa İslamovun oğludur.

Bu gün Bakı şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə Xəzər rayonu ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılmasının müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Xəzər rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.(aktualinfo.net)

P.S. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun töhmət verdiyi, cəzalandırdığı icra nümayəndələri günahsız qurbanlardır. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi milyonlarla manat dövlət vəsaiti Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xətti ilə talan edilir. Əsl cəzalandırılmalı olan şəxs də, məhz birliyin rəisi Hikmət İslamov olmalı idi.

Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Azərbaycan bank sektorunu silkələyən sensasion araşdırmanın pərdəarxası məqamları üzə çıxır

“Aqrarkredit” ətrafında başlayan irimiqyaslı əməliyyatlar dövlət büdcəsinə vurulan on milyonlarla manatlıq zərərin əsas icraçılarından birinin - Rauf Kazımovun rəhbərlik etdiyi maliyyə zəncirini ifşa edib.

Yenixeberorg.az: Məlumata görə, hüquq-mühafizə organlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərinin silinməsi yalnız bir BOKT çərçivəsində qalmayıb. Çirkli pulların leqallaşdırılması və izlərin itirilməsi prosesində əsas yükü kommersiya bankçılığı, xüsusən də hazırda “TuranBank”ın Müşahidə Şurasının sədri olan Rauf Kazımovun idarə etdiyi maxinasiya mexanizmi daşıdığı iddia olunur.

Daxil olan məlumatlar Rauf Kazımovun maliyyə sektorundakı mövqeyinin sıradan bir peşəkar karyera deyil, qanunsuz maxinasiyalar üzərində qurulduğunu üzə çıxarır. Rauf Kazımov hələ 2016-cı ildə bankdan 500 min manatlıq 1000 ədəd səhm almaqla qurumun idarəçiliyində birbaşa söz sahibinə çevrilib. Bu addımdan cəmi iki il sonra, 2018-ci ildə onun Müşahidə Şurasının sədri postuna gətirilməsi maliyyə şəbəkəsinin planlı gedişi idi. Lakin maliyyə nəzarət orqanlarının diqqətini yayındırmaq üçün Rauf Kazımov sonradan həmin səhmləri atasının Kazım Kazımovun adına keçirərək kağız üzərində “görünməz” olmağa çalışıb.

Rauf Kazımovun adı həm də dəyəri yüz minlərlə manatla ölçülən dəbdəbəli avtomobil parkının rəsmiləşdirilməsində hallanır. Araşdırmalar göstərir ki, şəbəkə ətrafında hüquqi halqa daraldıqca, bu əmlaklar formal olaraq başqa şəxslərin adına rəsmiləşdirilib. Lakin Kazımov nəzarəti əldən verməmək üçün baş etibarnamə mexanizmindən istifadə edərək lüks avtomobillərin faktiki istifadəsini özündə saxlayıb. Bu, maliyyə cinayətləri zamanı qanunsuz yolla əldə edilmiş varidatın gizlədilməsi üçün istifadə olunan klassik sxemdir. Rauf Kazımovun bank sektorunda yaratdığı “qalxan”la yanaşı, maliyyə şəbəkəsi digər paralel maxinasiya kanallarından da aktiv istifadə edib.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən heç bir lisenziya verilməməsinə baxmayaraq, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. "Amay" ticarət mərkəzi, "Azərinşaat Servis" və "İnter Tabako" kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait rəsmi hesablara deyil, birbaşa bu agentlik üzərindən mənimsənilib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb, vəsaitlərin böyük hissəsi "otkat" şəklində geri götürülüb.

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Fuad Süleymanov (“Şurabad quşçuluq” MMC), Tofiq Musayev (“Şurabad broyler”) və Fazil Rüstəmov (“Salyansüd” MMC) saxlanılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 100 milyon manatdan çox güzəştli krediti təyinatı dışı xərcləyərək dövləti mənimsəyən bu dəstənin bank ayağında Rauf Kazımovun oynadığı rol da istintaq qrupunun xüsusi diqqətində olduğu bildirilir.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon “TuranBank”a sorğu ünvanlayıb. Sorğumuza cavab almasaq da, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(poliqon.info)

“Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır
“Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır
Yenixeberorg.az: Cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.

Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.

Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.

Yenixeberorg.biz müraciətin mətnini təqdim edir:

Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!

Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik. Biz Amerika Birləşmiş Ştatları Konqresi ilə dialoqa böyük əhəmiyyət verir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması məqsədini bölüşürük. Bununla belə, hesab edirik ki, məktubunuzda əksini tapan bir sıra müddəalar mühüm tarixi və hüquqi konteksti nəzərə almır və ABŞ-nin diplomatik səyləri nəticəsində əldə edilmiş irəliləyişi çətinləşdirmək riski daşıyır.

Azərbaycan otuz ildən artıq müddətdə münaqişə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalının nəticələri ilə üzləşib. 20 mindən çox azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq insan Ermənistandan və Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərindən didərgin düşüb. İtkin düşmüş 4010 azərbaycanlının taleyi hələ də məlum deyil. 613 mülki şəxsin həlak olduğu Xocalı qətliamı, eləcə də kəndlərin və şəhərlərin, dini məkanların və mədəni irs nümunələrinin dağıdılması milli tariximizin ən ağrılı səhifələrindəndir. Münaqişəyə dair istənilən qiymətləndirmə prosesində bu reallıqlar nəzərə alınmalıdır.

Minalar və partlamamış hərbi sursatlar insanların həyatını təhlükə altında qoymağa, həmçinin bərpa işlərinə və didərgin düşmüş ailələrin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycanın qiymətləndirməsinə əsasən, ölkə ərazisinin təqribən 13 faizində 1,5 milyona yaxın mina basdırılıb. 2020-ci ildən bəri mina və digər sursatların partlaması nəticəsində 440-dan çox Azərbaycan vətəndaşı zərər çəkib. Bu baxımdan, Konqresi humanitar minatəmizləmə fəaliyyətinə, habelə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə, o cümlədən mümkün dəfn yerləri və taleyi naməlum qalan şəxslər barədə məlumatların əldə edilməsinin zəruriliyinə davamlı diqqət yetirməyə çağırırıq.

Mövcud çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev sülhün təmin olunmasına, münasibətlərin normallaşdırılmasına və regional iqtisadi inteqrasiyaya yönəlmiş strateji xətt yürüdüb. Azərbaycan sülh sazişinin hazırlanması təşəbbüsünü irəli sürüb və Ermənistan tərəfinə sazişin layihəsini təqdim edib. Biz Prezident Donald Trampın bu prosesin irəlilədilməsində mühüm rolunu qəbul edir və yüksək qiymətləndiririk.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti mühüm diplomatik mərhələ olub. Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişin paraflanması praktiki əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarət əlaqələri qurulub. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə regional nəqliyyat və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi üçün perspektivlər açır. Bütün bunlar, eyni zamanda, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.

Milli Məclisin və qeyri-hökumət təşkilatlarının üzvləri olaraq, biz bu sülh gündəliyini dəstəkləyir və hesab edirik ki, Konqres əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsində konstruktiv rol oynaya bilər.

Sizin məktubunuzda saxlanılan bəzi şəxslər "siyasi və hərbi liderlər" kimi təqdim olunur. Bu ifadələr reallığı əks etdirmir. Həmin şəxslər Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı qurumda yüksək vəzifələr tutublar və müharibə cinayətləri də daxil olmaqla, ağır cinayətlərə görə mühakimə olunublar. Məhkəmə proseslərində təqsirləndirilən şəxslərin müdafiə hüququ təmin edilib, hökm çıxarılmazdan əvvəl isə sübutlar və şahid ifadələri araşdırılıb. Konqresin ədalətli məhkəmə araşdırması prinsipinə verdiyi əhəmiyyəti bölüşürük. Eyni zamanda, Azərbaycanın suverenliyinə və məhkəmə institutlarına münasibətdə də digər dövlətlərə göstərilən yanaşmaya uyğun hörmətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.

Bununla yanaşı, təxminən 241 km² ərazinin guya Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilməsinə etiraz edirik. Azərbaycan Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. İki ölkə arasındakı beynəlxalq sərhədin ayrı-ayrı hissələri üzrə dəqiq xəttin müəyyənləşdirilməsi ikitərəfli delimitasiya və demarkasiya prosesinin predmetidir. Hesab edirik ki, bu məsələlər nəticəni əvvəlcədən müəyyənləşdirən birtərəfli qiymətləndimələr əsasında deyil, mövcud mexanizmlər çərçivəsində həll olunmalıdır.

Konqres mədəni irs məsələsində etibarlı və prinsipial yanaşma zamanı əvvəllər işğal altında olmuş ərazilərdə və Ermənistanda Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, ziyarətgahlarının və tarixi abidələrinin dağıdılmasını və təhqir olunmasını da nəzərə almalıdır. Dini və mədəni irsin qorunması universal prinsipə əsaslanmalı, ayrı-seçkiliyə və seçici yanaşmaya yol verilməməlidir.

Konqresi, həmçinin, "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin tam ləğvini nəzərdən keçirməyə çağırırıq. 907-ci maddə artıq tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmir. Onun tətbiqinin dayandırıldığı hallarda belə, bu maddə ikitərəfli tərəfdaşlığımızın bütün potensialının reallaşdırılmasına maneə olaraq qalır. Maddənin ləğvi regional sülh prosesinə və ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına Konqresin dəstəyini ifadə edən əhəmiyyətli mesaj olardı.

Bu, ABŞ-nin ikipartiyalı siyasi rəhbərliyi üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında sülh Vaşinqtonda partiyalararası mübahisə predmetinə çevrilməməlidir. Əksinə, bu, regional sabitliyi, iqtisadi imkanları və ABŞ-nin maraqlarını irəli aparan diplomatik nailiyyət kimi qiymətləndirilməlidir. Məhz ikipartiyalı yanaşma ABŞ administrasiyalarına ölkəmizlə onilliklər ərzində davam edən tərəfdaşlıq qurmağa, ölkənizin əsas siyasət prioritetlərinə, o cümlədən sülhməramlı əməliyyatlara Azərbaycanın dəstəyindən faydalanmağa imkan verib.

Azərbaycan və Ermənistan humanitar, hüquqi, siyasi və praktiki xarakterli həllini gözləyən məsələləri birbaşa ikitərəfli dialoq vasitəsilə həll etməyə sadiq olduqlarını bəyan ediblər. Xarici tərəfdaşlar bu prosesi dəstəkləməklə və hər iki tərəf üçün məqbul həll yollarını təşviq etməklə ən yaxşı şəkildə yardım göstərə bilərlər.

Regionumuz böyük əzab və iztirablardan keçib, lakin indi fərqli gələcək qurmaq üçün real imkan yaranıb. Vaşinqton Sammitindən sonra əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, Azərbaycan–ABŞ münasibətlərinin gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması naminə sizi əməkdaşlığa dəvət edirik.

Hörmətlə,

Azərbaycan Respublikası Milli Məclisinin üzvləri:

1. Məmmədov Qaya

2. Yıldırım Fatma

3. Vəliyev Samir

4. Rüstəmxanlı Tənzilə

5. Rəhimzadə Vüqar

6. Oruc Zahid

7. Nurullayev Razi

8. Məsimli Əli

9. Məmmədov Elman

10. Məhərrəmov Bəhruz

11. Musayev Elşən

12. Mustafa Fazil

13. Musabəyov Rasim

14. Musayev Elşad

15. Mollazadə Asim

16. Mirzəzadə Aydın

17. Mirzəbəyli Elçin

18. Mahmudov Rəşad

19. Qurbanov Sadiq

20. Qurbanov Eyvaz

21. Qurbanlı Mübariz

22. Qafarov Vasif

23. Həsənquliyev Qüdrət

24. Həmzəyev Naqif

25. Əliyeva Jalə

26. Əli-Zadə Arzuxan

27. Cəfərova Tamam

28. Vəliyeva Mehriban

29. Xasayeva Səbinə

30. Hacıyev Sabir

Qeyri-hökumət təşkilatlarının üzvləri:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

3. Əliməmməd Nuriyev – "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

4. Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun sədri

5. Rey Qasımov – "Azərbaycanda Mina Qurbanlarının Assosiasiyası" İctimai Birliyinin sədri

6. Hafiz Səfixanov – "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri

7. Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

8. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

9. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

10. Umud Rəhimoğlu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

11. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Yenixeberorg.biz-in məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Muradov Pərviz Namiq oğlu

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Bəşirov Cəmil İsmayıl oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Məmmədova Esmira Qərib qızı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

İsmayılov Samir Bəyistan oğlu

Quliyev Tariyel Şirindil oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Əfəndizadə Tural Qurbanəli oğlu

İnzibati məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

Əliyev Tural Yusif oğlu

Sumqayıt İnzibati Məhkəməsi

Həbibova Könül Əbülfəz qızı

Şirəliyeva Vəfa Zavrulla qızı

Şirvan İnzibati Məhkəməsi

Qurbanova Pərvanə Tahir qızı

kommersiya məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi

Musayev Kamran İbrahim oğlu

Gəncə Kommersiya Məhkəməsi

Qələndərzadə Ramiq Ramis oğlu

Sumqayıt Kommersiya Məhkəməsi

Həmidli Fərman Fəzail oğlu

Mirzəfərova Könül Murtuz qızı

Şəki Kommersiya Məhkəməsi

Qurbanova Mazlum Gülnaz İntiqam qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Məmmədov Pərviz Şahin oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Məmmədli Aydan Zakir qızı

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

Abiyeva Nərmin Mirhəsən qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Musayeva Vüsalə Vahid qızı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Əliyeva Starə Vidadil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Əliyeva Aynur Məhəmməd qızı

Rzayeva Fəridə İslam qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Qasımov Abusət Sahib oğlu

Mirhəsənli Mirnəsir Mirfazil oğlu

Gəncə Şəhər Məhkəməsi

Əliyeva Leyla Kamil qızı

Xanməmmədova Liza Əliəşrəf qızı

Füzuli Rayon Məhkəməsi

İsmayılov Elmir Akif oğlu

Hacıqabul Rayon Məhkəməsi

Bayramov Orxan Telman oğlu

Mingəçevir Şəhər Məhkəməsi

Quliyeva Güləndam Gündüz qızı

Neftçala Rayon Məhkəməsi

Mürsəlova Aygün Mayıl qızı

Sumqayıt Şəhər Məhkəməsi

Əliyeva Vəsilə Əlövsət qızı

Ucar Rayon Məhkəməsi

Bədəlov Xəyal Natiq oğlu.

Hərbi məhkəmələr üzrə:

Cəlilabad Hərbi Məhkəməsi

Muxtarov Mirtale Mirzamin oğlu

inzibati məhkəmələr üzrə:

Şəki İnzibati Məhkəməsi

Həsənzadə Səbuhi Mehdi oğlu

Həşim Rəşad Əlisahib oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Culfa Rayon Məhkəməsi

Qurbanova Gülay Əjdər qızı

Naxçıvan Şəhər Məhkəməsi

Nəcəfova Taliyə Tofiq qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Cəfərov Vüsal Suliddin oğlu

Əkbərova Aysel Seymur qızı

Əzizli Bəsdi İlham qızı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Səfərova Ülkər Asim qızı

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

Əliyev Natiq Abbas oğlu

Məmmədova Nuranə Asif qızı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Nəcəfova Lamiə Amil qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Abbasova Fərəh Qulam qızı

Bakı şəhəri Səbail Rayon Məhkəməsi

Əhmədli Səxavət Böyükağa oğlu

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Rzayev Əsvər Məhərrəm oğlu

Zərbiyeva-Babazadə Fatimə Qədir qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Kazımova Şəhla Saleh qızı

Rayon (şəhər) məhkəmələri üzrə:

Ağcabədi Rayon Məhkəməsi

Süleymanova Leyla Abbas qızı

Balakən Rayon Məhkəməsi

Abbaslı Vüqar Qurban oğlu

Bərdə Rayon Məhkəməsi

Həmidova Aynur Eldar qızı

Məmmədov Rəsul Yasər oğlu

Daşkəsən Rayon Məhkəməsi

Abbasov Lətif Kazım oğlu

Füzuli Rayon Məhkəməsi

Nəsirli Nərmin Hüseyn qızı

Gədəbəy Rayon Məhkəməsi

Hümbətov Əli Surxay oğlu

Gəncə Şəhər Məhkəməsi

Abbasov Səbuhi Mehdi oğlu

Goranboy Rayon Məhkəməsi

Abdullayev Hörmət Uğurlu oğlu

Göyçay Rayon Məhkəməsi

Hümbətov Elmir Sahib oğlu

İmişli Rayon Məhkəməsi

Məmmədova Rübabə Əşrəf qızı

Qobustan Rayon Məhkəməsi

Adıgözəlova Bəxtşən Aydın qızı

Quba Rayon Məhkəməsi

İsa-zadə Elnur Nizami oğlu

Saatlı Rayon Məhkəməsi

Kazımlı Araz Osman oğlu

Sabirabad Rayon Məhkəməsi

Mikayılov Səbuhi Həsənpaşa oğlu

Salyan Rayon Məhkəməsi

Babayev Rəşad Mahir oğlu

Sumqayıt Şəhər Məhkəməsi

Məmmədov Fariz Rais oğlu

Şəmkir Rayon Məhkəməsi

Əlizadə Əli İlqar oğlu

Şirvan Şəhər Məhkəməsi

Allahverdiyev Fuad Zahir oğlu

Məmmədova Aydan Adgözəl qızı

Tovuz Rayon Məhkəməsi

İslamzadə Vüqar Səyyar oğlu

Zaqatala Rayon Məhkəməsi

Tağıyeva Vəfa Hənifə qızı.

Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib.

Yenixeberorg.biz xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib.

Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər.

Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fici Respublikasının xalqını və hökumətini ölkənin Milli Günü münasibətilə təbrik edib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Fici Respublikasının xalqını və hökumətini Ficinin Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Milli Gününüz mübarək olsun!" - məlumatda qeyd olunub.

1,5 saat danışıblar -
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı bir saat yarım davam edib. Söhbət dostluq şəraitində keçib və liderlərdən heç biri telefonu birinci bağlamaq istəməyib.

Yenixeberorg.biz: Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, oktyabrın 9-da baş tutan telefon danışığı kifayət qədər məzmunlu və səmimi olub.

“Heç biri telefonu birinci bağlamaq istəmirdi. Nəticədə hər iki prezident dəstəyi eyni vaxtda yerinə qoydu”, – Uşakov bildirib.

Rusiya Prezidentinin köməkçisi liderlərin söhbəti zamanı müzakirə olunan digər məsələləri də açıqlayıb.

O bildirib ki, Tramp Putini doğum günü münasibətilə səmimi təbrik edib, ona uğurlar və rifah arzulayıb. ABŞ lideri, həmçinin həyat yoldaşı Melaniya Trampın salamlarını çatdırıb.

Danışıq zamanı Ukraynadakı müharibə və mümkün sülh danışıqları da müzakirə olunub. Putin Rusiyanın siyasi-diplomatik yolla uzunmüddətli sülhə nail olmağa hazır olduğunu bildirsə də, Moskvanın hərbi əməliyyatlarla bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.

Uşakovun sözlərinə görə, Putin Rusiyada parlament seçkiləri zamanı Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyini iddia etdiyi hücumlara toxunaraq, Moskvanın danışıqların nə vaxt bərpa olunacağını yenidən nəzərdən keçirəcəyini bildirib.

Bundan başqa, prezidentlər humanitar məsələləri, o cümlədən Aleşki şəhərindəki vəziyyəti müzakirə ediblər. Müvafiq nümayəndələrin Melaniya Trampın aparatı ilə daimi əlaqədə olması razılaşdırılıb.

Uşakov Putinlə Trampın növbəti görüşünün tarixinin hələ müzakirə edilmədiyini də açıqlayıb. Bununla belə, hər iki liderin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməkdə maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, prezidentlər sammitə qatılsalar, görüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə edə bilərlər.

Masazırda 4 avtomobil yanıb
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

Yenixeberorg.biz-in məlumatına görə, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.

Yenixeberorg.biz xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.

M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.