Xəbərlər - Yenixeberorg.biz - Oxu, xəbərin olsun

Sabah Azərbaycanda güclü külək əsəcək -
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək.

Yenixeberorg.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.

Yenixeberorg.az xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.

O, Prezident Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlət başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.

Nazir vurğuladı ki, İran Prezidenti ölkələrin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.

İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlət başçısına məlumat verdi.

Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.

Söhbət zamanı ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
Oktyabrın 12-də Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.

Yenixeberorg.az: Ali Məhkəmədən verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alan 39 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə mühüm töhfələr verib.

Diqqətə çatdırılıb ki, hakimlik böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli peşədir. Hər bir məhkəmə qərarının arxasında insan hüquqlarının və talelərinin dayandığını bildirən sədr hakimlərə fəaliyyətlərində qanunun aliliyini, müstəqillik, qərəzsizlik və ədalət prinsiplərini rəhbər tutmağı, hakim adının şərəfini və nüfuzunu qorumağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Nuranə Məmmədova və Səbuhi Abbasov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.

Yenixeberorg.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir.

Yenixeberorg.az: Bu barədə “Bloomberg” NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron və artilleriya zərbələrinin, eləcə də mina təhlükəsinin olduğu ərazilərə göndərir. Onun sözlərinə görə, əsasən müdafiə mövqelərində olan Ukrayna ordusunun sentyabr ayındakı itkiləri isə ölən və yaralananlar daxil olmaqla, təxminən 5 min nəfər təşkil edib. Beləliklə, NATO nümayəndəsinin qiymətləndirməsinə əsasən, Rusiyanın canlı qüvvə itkiləri Ukraynanın itkilərindən təxminən 10 dəfə çox olub.

NATO-nun baş katibi Mark Rütte ilin əvvəlində ayrı-ayrı aylarda Rusiya ordusunun 30-35 min hərbçisini itirdiyini bildirmişdi. Avqustun sonunda NATO baş katibinin müavini Radmila Şekerinska Rusiyanın aylıq itkilərinin 40 min nəfəri keçdiyini açıqlamışdı. Sentyabrda isə Rütte bu göstəricini 43 min nəfər olaraq təqdim edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, sentyabrda Rusiya ordusunun itkiləri müharibənin başlanmasından bəri rekord həddə çataraq 46,2 min nəfər olub.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına əsasən, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan 2026-cı ilin iyun ayınadək təxminən 1,4 milyon hərbçi itirib. Onlardan azı 450 mininin öldüyü bildirilir.

Analitiklərin qiymətləndirməsinə görə, 2026-cı ilin ilk yarısında Rusiyanın aylıq itkiləri 30-34 min nəfər arasında dəyişib. Bu rəqəm ay ərzində müqavilə əsasında hərbi xidmətə cəlb edilən təxminən 27 min nəfərin sayını üstələyib.

Bununla yanaşı, Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya sentyabrda Ukraynada nəzarət etdiyi 80,81 kvadratkilometr ərazini itirib. Rusiya Prezidenti Vladimir Putin isə həmin ay ərzində Ukraynada 1301 kvadratkilometr ərazinin ələ keçirildiyini iddia edib. ISW analitikləri Rusiya prezidentinin ərazi uğurları ilə bağlı açıqlamalarını “hallüsinasiyalar” adlandırıblar.(modern)

-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
Prezident İlham Əliyev Milli Məclisin sentyabrın 30-da qəbul etdiyi "Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.

Yenixeberorg.az xatırladır ki, bu il fevralın 18-də Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənədi iki şirkətin prezidentləri Rövşən Nəcəf və Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

İyunun 10-da Nazirlər Kabineti Sazişlə bağlı Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib, sentyabrın 30-da isə Milli Məclis sənədi ratifikasiya edib. Sənəddə SOCAR-ın maraqlarını təmsil edəcək şirkət kimi onun törəməsi "SOCAR Quba-Xəzəryanı" MMC göstərilib. Bu şirkət ötən il oktyabrın 3-də 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, qanuni təmsilçisi Elnur Dövlət oğlu Ağatağıyevdir.

Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur. Sazişdə konkret başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər -
Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet oktyabrın 12-də mətbuata bəyanatlarla çıxış ediblər.

Yenixeberorg.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Baş nazir, Sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, səfəriniz çox səmərəli və Sizin üçün xoş olacaqdır.

Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir.

Həmçinin 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.

Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.

Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış "ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.

Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır.

Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və "Böyük Qayıdış" Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

Cənab Baş nazir, Sizi bir daha salamlayıram. Bilirəm ki, Sizin çox zəngin səfər proqramınız var. Əminəm ki, həm rəsmi səfəriniz, həm də Zirvə görüşü çərçivəsində Azərbaycanda keçirdiyiniz vaxt Sizin üçün xoş olacaqdır. Eyni zamanda, ümid edirəm ki, ölkəmizi daha yaxından tanımaq üçün də vaxtınız olacaq. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Kambocanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Hun Manetin bəyanatı

-Təşəkkür edirəm, cənab Prezident.

İlk növbədə, nümayəndə heyətimiz adından göstərilən səmimi qonaqpərvərliyə, həmçinin AQEM-in Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək və bu gün Azərbaycana rəsmi səfərə gəlmək üçün dəvətə görə minnətdarlığımı bildirmək istərdim.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bundan əvvəl görüşümüz oldu. Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq.

Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir.

Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik.

Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir.

Hesab edirəm ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.

Digər məsələlərə gəldikdə isə düşünürəm ki, cənab Prezident müzakirə etdiyimiz bütün mövzuları ətraflı əhatə etdi. Növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir.

Bu gün günortadan sonra Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanım olacaq. Biz, həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət edəcəyik. Hesab edirəm ki, özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

Biz, həmçinin ölkələrimizin mülki aviasiya qurumlarının nümayəndələri arasında görüşün keçirilməsi və nəqliyyat bağlantılarının genişləndirilməsinə şərait yaradacaq hava əlaqələri haqqında sazişin imzalanması imkanlarını müzakirə etdik. Düşünürəm ki, müzakirələrimizin əsas məğzi bunlardan ibarətdir.

Cənab Prezident, dəvətinizə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm. Kamboca xalqı adından Azərbaycan Hökumətinə ölkəmizə ötən illər ərzində göstərdiyi dəstəyə, xüsusilə təhsil sahəsində ayırdığı təqaüdlərə görə təşəkkür etmək istərdim. Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə digər sahələri də əhatə edəcəkdir.

Sonda Əlahəzrət Kral Norodom Sihamoninin Zati-alinizə Kambocaya səfər etmək dəvətini çatdırmaq istərdim. İnanıram ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı daha geniş müzakirələr aparmaq üçün imkan yaradacaqdır. Eyni zamanda, qarşıdakı günlərdə keçiriləcək AQEM-in Zirvə görüşündə sədrliyinizdə Sizə uğurlar arzulayıram.

Təşəkkür edirəm.

<time>***</time>

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə "Report"un əməkdaşı xəbər verir.

<time>***</time>

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış edirlər.

Bu barədə "Report"un əməkdaşı xəbər verir.

Məktəbi yandırmağa cəhd etdilər -
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub.

Yenixeberorg.az: Hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb.

Xəsarət alan olmayıb.

Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı qəti addımların atılmasını zəruri edir.(“Qafqazinfo”)

Məktəb direktorunun maşını yandırılıb -
<svg width="16" height="16" viewbox="0 0 16 16" fill="none" xmlns="http://www.w3.org/2000/svg"><path d="M8 0.000244141C3.58873 0.000244141 0 3.58897 0 8.00024C0 12.4115 3.58873 16.0002 8 16.0002C12.4113 16.0002 16 12.4115 16 8.00024C16 3.58897 12.4113 0.000244141 8 0.000244141ZM8 14.2516C4.55291 14.2516 1.74863 11.4473 1.74863 8.00024C1.74863 4.55332 4.55291 1.74888 8 1.74888C11.4471 1.74888 14.2514 4.55332 14.2514 8.00024C14.2514 11.4473 11.4471 14.2516 8 14.2516Z"><path d="M8.69231 8.00975V4.65677C8.69231 4.28239 8.38892 3.979 8.01468 3.979C7.64033 3.979 7.33691 4.28239 7.33691 4.65677V8.22627C7.33691 8.23693 7.33954 8.24693 7.34006 8.25758C7.33114 8.44188 7.39463 8.629 7.53538 8.76977L10.0596 11.2937C10.3243 11.5585 10.7534 11.5585 11.018 11.2937C11.2825 11.029 11.2827 10.5999 11.018 10.3353L8.69231 8.00975Z"></svg>Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb.

Yenixeberorg.az: Yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı ciddi tədbirlər görülməlidir.(apa)

Bu peçenyelərin tərkibində zərərli əlavələr var?
Azərbaycanın tanınmış kulinar-texnoloqu Mübariz Vəliyev “Azdad” şirkətinə məxsus “Sport” peçenyelərin tərkibində zərərli əlavələrin olduğunu bildirib.
Yenixeberorg.az xəbər verir ki, M.Vəliyevin sözlərinə görə, özü də əvvəllər bu peçenyedən istifadə edib:

“Tərkibində günəbaxan yağın və palma yağının qarışığından istifadə olunub. Həmçinin qida əlavələri olan E503, E500 və E223-dən istifadə olunub. Bundan əlavə qida aromatı da istifadə olunub”.(Tribuna.az )
Yazıda barəsində danışılan peçenyenin hazırlandığı müəssisənin mövqeyini dərc etməyə hazırıq.