Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Moskvaya ultimatumla gəlmək nəticəsi olmayan çalışmadır" -Rusiya XİN rəsmisi

mariya_zaxarova_240316

 Rusiya xarici işlər nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillersonun Moskvaya səfəri darədə birmənalı bəyanatla çıxış edib.

Yenixeber.org:  ABŞ dövlət katibi Reks Tillersonun Rusiyalı həmkarı Sergey Lavrovla görüşü ərəfəsində Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: «Moskvaya ultimatumla gəlmək faydasızdır və nəticəsi olmayan çalışmadır».

Bundan əvvəl, G7 ölkələri xarici işlər nazirlərinin görüsündə Tillerson bəyan edib ki, Suriyadakı fəaliyyətini ABŞ-la koordinasiya etmək Rusiyanın öz maraqlarına uyğun olardı, nəinki «etibarsız həmkarı» dəstəkləmək (Bəşər Əsəd nəzərdə tutulur – red.). Bir çox KİV-lər Tillersonun bu sözlərini ultimatum kimi qəbul edib.

«Mən, ümumiyyətlə buna ultimatum kimi baxmıram. Mənə elə gəlir ki, artıq çoxdan hamı anlayıb – ultimatumla gəlmək faydasızdır, sadəcə, məhsuldar çalışma deyil» – deyə, Zaxarova qeyd edib.

Onun sözləinə görə, belə davranış Vaşinqton üçün adi praktikadır – «əzələləri oynatmaq, hansısa formada dişlərini göstərmək və danışıqlardan əvvəl xarakter nümayiş etdirmək. Prinsipcə, bu, danışıqlar prosesinin taktikalarından biridir – özünün son mövqeyini cızmaq, sonra isə danışıqların gedişində hansısa formada manevr etmək və hansısa kompromis nöqtələri tapmaq».

Tillerson artıq Moskvadadır və bu gün onun Prezident Putinlə görüşəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam