Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya XİN:“Akkuyu” AES layihəsi vaxtında həyata keçiriləcək”

“Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi layihəsi tələb olunan keyfiyyət standartlarına uyğun və vaxtında həyata keçiriləcək.

Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib.

Onun sözlərinə görə, dörd enerji blokunun tikintisi bütün zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yüksək sürətlə aparılır.

“Rusiyanın ixtisaslaşmış strukturları istənilən mürəkkəblikdə olan problemlərin həllində zəngin təcrübəyə malikdirlər, maraqlarımızı pozmaq cəhdlərinə adekvat cavab vermək üçün “nüvəçilər”in istedadı, bacarıqları və ixtisasları ilə birləşən zəruri səriştələrə malikdirlər. Şübhə yoxdur ki, “Akkuyu” AES layihəsi bütün tələb olunan keyfiyyət, fiziki təhlükəsizlik standartlarına uyğun və vaxtında həyata keçiriləcək”, - o deyib.

Qeyd edək ki, istismara verildikdən sonra AES ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da ölkənin ümumi enerji tələbatının 10 faizini ödəyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam