Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı -DE-FAKTO

​ Ölkə rəhbərliyinin təhsilə və Azərbaycan müəlliminə göstərdiyi bu böyük diqqət və qayğı fonunda, Neftçala rayonunda tamamilə əks və təhlükəli bir mənzərə yaşanmaqdadır.

Yenixeberorg.az: Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, dövlət başçısının təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi köklü islahatlar Neftçala Rayon Təhsil Sektorunun müdiri Nicat Cəfərovun şəxsi maraqları və qanunsuz idarəçilik metodu nəticəsində açıq-aşkar baltalanır. Məlum olduğu kimi, dövlət səviyyəsində keçirilən sertifikasiya imtahanları müəllimlərin peşəkarlığını artırmaqla yanaşı, onların əməkhaqqına ciddi əlavələrin olunmasını nəzərdə tutur. Lakin Neftçalada sertifikasiyada yüksək nəticə göstərən müəllimlər belə illər keçdikcə daha az əməkhaqqı almağa məcbur edilir. Mənbə bildirir ki, bu absurd vəziyyətin başlıca səbəbi Nicat Cəfərovun həyata keçirdiyi qanunsuz “kadr alveri”dir. Optimallaşdırma adı altında heç bir hüquqi və pedaqoji əsas olmadan bağlanan kənd məktəblərinin pedaqoji kadrları şübhəli yollarla, vakansiya sıxlığı olan digər müəssisələrə yerləşdirilir. Nəticədə dərslər kütləvi şəkildə azaldılır, sinif komplektləri süni şəkildə ixtisara salınır və uzun illər vicdanla çalışan müəllimlərin dərs saatları əllərindən alınaraq maaşları minimuma endirilir: “​Aprel və may aylarında məktəblərdən toplanan rəsmi proqnozlar əsasında vakansiyalar elan edilsə də, sentyabr ayında mənzərə kəskin şəkildə dəyişir. İddialara görə, sektor müdiri rəsmi vakansiyaları qeyri-qanuni yollarla yerləşdirdikdən sonra sinifləri kütləvi şəkildə bağlayaraq məktəblərdə süni gərginlik yaradır. Bu vakansiya fırıldağının qurbanı isa sadə müəllimlər və təhsilin keyfiyyəti olur. Rayonun təhsil sektorunda kadr təyinatı tamamilə şəxsi münasibətlər və maraqlar üzərində qurulub. Nicat Cəfərov özünə yaxın bildiyi vəzifəli şəxslərin, tanışların və qohumların istədikləri məktəblərə rahatlıqla təyin olunmasını təmin edir, hüquqları tapdalanan sıravi müəllimlərin müraciətlərini isə görməzdən gəlir”.
Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, ikinci iş yeri (əvəzçilik) üzrə müəllimlərin işə qəbulu prosesində də dövlətin vahid qanunvericiliyi deyil, məhz Nicat Cəfərovun müəyyənləşdirdiyi “şəxsi qanunlar” və şərtlər hökm sürür. İkinci iş yerinə qəbul edilən müəllimlərin sertifikasiya və diaqnostik qiymətləndirmə ballarının kəskin şəkildə aşağı olması bu prosesdəki şəffaflığı tamamilə şübhə altına salır. Savadı və göstəriciləri zəif olan şəxslərə ikinci iş yerinin verilməsi, yüksək ballı peşəkar müəllimlərin isə kənarda saxlanılması Nicat Cəfərovun özbaşınalığının və özünəməxsus qanunsuz “qaydalarının” növbəti bariz sübutudur. Müəllimlərin əvəzçilik qaydasında əlavə dərs saatları alması mərkəzləşdirilmiş şəffaf mexanizmlərlə deyil, sektor müdirinin subyektiv qərarları və qeyri-rəsmi tələbləri əsasında həyata keçirilir. Hüquqi prosedurları kənara qoyaraq öz qaydalarını tətbiq edən sektor müdiri bu yolla layiq olan pedaqoqların əvəzinə öz maraq dairəsində olan şəxslərə üstünlük verir.
​Özbaşınalığın miqyası bununla da bitmir. Şəhər uşaq bağçalarından birinə xaricdə məskunlaşan videoblogerin yakın qohumunun yerləşdirilməsi iddiası isə biabırçılığın son həddidir. Şəxsi imicini qorumaq və haqqındakı tənqidi videoların qarşısını almaq üçün dövlət müəssisələrini “şantaj ödənişi” kimi istifadə etmək dövlət qulluqçusu adına vurulan böyük ləkədir. Eyni zamanda, məktəblərdə xadimə, gözətçi və digər texniki heyətin işə qəbulu zamanı qeyri-rəsmi maddi nemətlərin tələb olunması artıq adət halını alıb. ​Müəllimlərin sosial vəziyyətinin acınacaqlı hala düşdüyü bir dövrdə, Nicat Cəfərovun Neftçalada qısa müddətdə mülklər (ev) alması və bahalı nəqliyyat vasitələrinə sahib olması yerli ictimaiyyətin gözü qarşısında baş verir. Bir təhsil müdirinin qanuni məvacibi ilə uzlaşmayan bu mülklərin hansı vəsaitlər hesabına əldə edildiyi sualına hüquq-mühafizə orqanları cavab tapmalıdır. Neftçala təhsilində yaşanan bu acınacaqlı vəziyyət sadəcə idarəçilik qüsuru deyil, Ulu Öndərin müəllim adına verdiyi uca dəyərə və birbaşa ölkə prezidentinin sosial siyasətinə vurulan ağır zərbədir. Araşdırma aparılacağı təqdirdə bütün bu iddiaların sübuta yetəcəyi şübhəsizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam