Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kiyevə növbəti hücum-Qanadlı raketlər atıldı

Paytaxt Kiyev iyunun 2-nə keçən gecə İran kamikadze dronlarının və qanadlı raketlərin növbəti dəfə hücumuna məruz qalıb.

Yenixeber.org:Hava həyəcanı siqnalından sonra şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, iyunun 2-nə keçən gecə Rusiya hava hücumu zamanı Kiyev səmasında 30-dan çox pilotsuz təyyarə və raket vurulub. Raket buraxılışları Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. Eyni vaxtda PUA-larla Kiyevə müxtəlif istiqamətlərdən hücum edilib.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raket və kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində Podol rayonunda yanğın baş verib. Darnitski rayonunda hava hücumundan sonra yolun hərəkət hissəsində yanan raket parçaları tapılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda qeyd olunub ki, iyunun 2-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 15 qanadlı raket, 18 kamikadze dronu atıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam