Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qazla dolu yük maşını partladı -3 ölü, 200-dən çox yaralı

 

Keniyanın paytaxtı Nayrobidə qazla dolu yük maşınının partlaması nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.

Yenixeber.org xəbər verir ki, yanğın cümə axşamı Embakasi məhəlləsində baş verib.

Hökumət sözçüsü İsaak Mayqua Mvaura bildirib ki, yanğın yayılana qədər ətraf ərazilərdə xeyli sayda sakin olub. Hadisənin baş verdiyi ərazinin ətrafında olan çox sayda avtomobillər, yaşayış evləri, iş yerləri yanğın alovuna bürünüb. "Partlayış gecə saatlarında olduğu üçün xeyli sayda sakin hələ də ərazidədir. 222 nəfər paytaxtdakı müxtəlif xəstəxanalara çatdırılıb", - deyə o bildirib.

Hazırda yanğının qarşısı alınsa da, yanğınsöndürənlər, xilasetmə qrupları və polis ərazidə dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Partlayışın səbəbi məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam