Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kirbi əməkdaşlıqdan imtina etdi -Rusiyadan cavab

 

Ağ Evin sözçüsü Con Kirbinin Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etməsi ilə bağlı bəyanatı məsuliyyətsizlikdir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.

"Kirbi rəsmi olaraq kəşfiyyat orqanlarının əməkdaşlığını məhv edir. Kəşfiyyat orqanları arasında terror təhdidləri ilə bağlı kommunikasiyalar etiket norması deyil, beynəlxalq təhlükəsizliyin mühüm halqasıdır. Kirbinin bəyanatı düşünülməmiş və məsuliyyətsizdir", - Duma üzvü deyib.

O, həmçinin vurğulayıb ki, ölkələr arasında hansı əlaqələr mövcud olursa olsun, bu sahədə həmişə kəşfiyyat xidmətləri vasitəsilə qarşılıqlı əlaqə olub.

Qeyd edək ki, Kirbi ABŞ-ın Moskva vilayətində baş verən terror aktından sonra Rusiyaya təhlükəsizlik yardımı göstərmək niyyətində olmadığını bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam