Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nəfəssiz bədənlər daş içindədir

 
Yenixeber.org: Türkiyədə baş vermiş zəlzələyə həsr edirəm. Başın sağ olsun Türkiyə.

Bu gün var, sabahın bilinmir axı,
Allahı unutma, qəlbində saxla.
Etdiyin günahlar silinmir axı,
Önünə çıxacaq dərdini haxla!...
*****
Allahın qəzəbi səbrindən betər,
Varam deyib, göstərər öz qüvvəsini.
Ey nankor insanlar, bəsdir ta yetər,
Sən hələ görmədin, güc- qüvvəsini...
*****
 Anın var bilinmir nələr görəcən,
Ey insan, nələri unutmusan sən!
Bilmirsən müsəlman, kafir öləcən,
Şetyanı qəlbində uyutmusan sən...
*****
Ey insan yatmısan dur ayılsana!...
Zəlzələ, vəlvələ qulaq burması.
Evin uçur başına bax, bayılsana,
Bilinmir olanın nədir sonrası...
*****
Günahdır, gənclərin çoxu "satanist"
Musallat olubdur iblis, şeytana.
Allahı tanımır, şəkk gətirirlər...
Həyatları bağlıdır iplə- qaytana,
*****
Ay Allah, ay Allah qurbanın olum,
Rəhmini saxla sən, kömək o bizə.
Ümməti Məhəmməd yalvaran olub,
Amandı qəzəbin çıxmasın üzə...
*****
Qurunun oduna yaşı yandırma,
Hər kəsin cəzası özünün olsun.
Müsəlman əhlini belə qandırma,
Qoyma ki, analar başını yolsun...
*****
Müsəlman aləmi yas içindədir,
Türkiyə dövləti başın sağ olsun!...
O qorxmuş gözlər var yaş içindədir,
Nəfəssiz bədənlər daş içindədir...
*****
Mömin olan bəndələr Şəhid sayılar,
Yerləri olacaq əbədi CƏNNƏT...
Yəqin ki, qanmazlar bu gün ayılar,
Allahın qəzəbi etməsin LƏNƏT!....
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam