Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mən belə deyildim...

*****
Düşünə bilmədim gənclik çağımda,
Bilməzdim həyatın əksi nə olar.
Çiçəklər əkərdim könül bağımda,
Deyərdim qoxusu ruhumu oxşar...
*****
Büdrədim, yıxıldım yenidən durdum,
Yıxanın kimliyi agah olanda;-
Sağımda, solumda onları duydum.
Başıma qapazı cütəlli vurdum.
*****
Beləcə, nifrəti toxum etdilər,
Kəsimi içimdən xain insanlar.
Şumlayıb qəlbimi nifrət səpdilər,
Baxsana ortada dəlil, nöqsanlar...
*****
Yaxşıya yamanlıq həyat löfhəsi,
Bilsəmdə, insanlar bəyan etdilər.
İnsanlıq amalım həyat töhfəsi,
Tutulan yolları əyan etdilər...
*****
Nifrətim boy aldı insan adına,
Sevmədim bir daha bu yaranmısı.
Zəhərlər içildi, zəhər qatıldı,
Yaşanmış həyatın ömür qatına...
*****
İnsana inanmaq çox çətin daha,
Yaşanmış acılar bir ney səsidir.
Yazdığım bu sözlər qızıldan baha,
Dərdinə dərd qatan, kəsin, kəsidir!...
*****
Baltanı vuranda sağ- sol etdilər,
Ruhuma süzülən qanlar içildi.
O vaxtdan gözümdə belə bitdilər,
İnsanlıq özüdə belə kiçildi...




Təranə Şəms.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam