Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əməlin çəkisi baha satılır

 *** Kəsərək, düz kimi vurmaq istədin, Gözləyib məqamı işə salınca;- Qulağı, sıxaraq burmaq istədin? Basıldı quyruğun nəyi pişlədin?... ***** Əməlin çəkisi baha satılır, Məcbursan almağa sən qazanmısan. Çəkidə vurular, haram qatılar, Baxınca aynaya qaşın çatılar... ***** Məzlumu əzəndə qəlbin ağrımaz, Baxıram, ürəyim qəhərlə dolu. Zalımsan, yaranı əlin sarımaz, Rəhm yox, qəlbində zəhərlə dolu. ***** Heç sual etdinmi nədən beləyəm?!... Sızlarmı ürəyin, öz əməlindən. Özünü öymə gəl, sanki mələyəm, Sən belə doğuldun ta ki, əzəldən!... ***** Çətindir yaşamaq bir insan kimi, Gərəkdi daxildə ürək düz ola. Göründün hər yerdə bir nöqsan kimi, Əminsən tutduğun dilək düz ola!?... ***** Adama, bənzəyib kaş "insan"olaq, Əlimiz uzansın məzluma doğru. Mələk tək yaşayaq, könlü xoş olaq, Oxuyaq məzmunu olmayaq oğru... 


Təranə Şəms 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam