Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Almaniyada qanunlar sərtləşdirilir -yeni nasist çevriliş təhlükəsi ola bilər

Almaniya federal hökuməti ifrat sağçı qrupun hakimiyyətə zorla gəlmək və kral ailəsinin yetkinlik yaşına çatmayan bir üzvünü milli lider təyin etmək planının puça çıxmasından sonra qanunları sərtləşdirir.

Yenixeber.org: Bu barədə Almaniyanın daxili işlər naziri Nensi Faezer məlumat verib.

Qeyd edək ki, alman polisi ötən həftə sui-qəsddə iştirakda şübhəli bilinən 25 nəfəri həbs edib. Prokurorların bildirdiyinə görə, şübhəlilərin çoxu müasir Almaniya dövlətinin mövcudluğunu inkar edən ifrat sağçı “Reyxsbürger” (Reich Citizens) hərəkatının üzvləri olub.

Faezer “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə “Reyxsbürger”in son bir ildə gücünün 2000-dən 23.000-ə qədər yüksəldiyini  və təşkilatın Almaniya üçün artan təhlükə olduğunu söyləyib. "Bunlar zərərsiz dəlilər deyil, hazırda istintaq təcridxanasında olan şübhəli terrorçulardır",-deyə o qeyd edib.

İstintaqın təsbitinə görə, terrorçular arasında silahlı şəxslər də olub. Təşkilat indiki və keçmiş hərbi qulluqçuları sıralarına cəlb etməyə çalışır.

Basqınlardan əvvəl polis artıq “Reyxsbürger”in 1000-dən çox üzvünün silahlarını müsadirə etməyə nail olub. Bununla belə, ölkədə ən azı daha 500 radikal sağçının silah lisenziyası olduğu güman edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam