Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Putinin "sağ əli" danışdı -Ən böyük qorxu gerçək olur

Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın Ukraynada NATO ilə müharibə vəziyyətində olduğunu açıqlayıb.

Yenixeber.org: Təhlükəsizlik Şurasının katibi Ukraynadakı hadisələrin Moskva ilə Kiyev arasında münaqişə olmadığını bəyan edib.

"Bu, Rusiya ilə NATO, xüsusən də ABŞ və İngiltərə arasında hərbi münaqişədir”.

Patruşev Qərbin son məqsədini də açıqlayıb.

"Qərblilərin planı Rusiyanı parçalamağa davam etmək və nəticədə onu dünyanın siyasi xəritəsindən silməkdir", - o bildirib.

Bu bəyanatdan sonra Rusiyadan növbəti qorxu dolu bəyanat gəlib.

Rusiya müdafiə naziri Sergey Şoyqu “Nüvə silahı inkişaf etdirməyə davam edəcəyik” deyərək dünyaya mesaj verib.

“Nüvə qalxanı dövlətimizin suverenliyi və ərazi bütövlüyünün əsas təminatçısı olduğuna görə, biz nüvə triadasını inkişaf etdirməyə və müharibəyə hazır olmağa davam edəcəyik” - rusiyalı nazir deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam