Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ və Suriya gizlicə... -ŞOK İDDİA


Suriyada Bəşər Əsəd rejimi ilə normallaşma addımlarına qarşı çıxan ABŞ-ın Omanda Əsəd administrasiyası ilə gizli görüş keçirdiyi iddia edilib.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın “The Cradle News” saytı Ərəb Dövlətləri Liqasındakı diplomatik mənbələrinə əsaslanaraq məlumat yayıb.

Xəbərə görə, Omanın paytaxtı Məsqət şəhərində keçirilən danışıqlarda hər iki ölkənin təhlükəsizlik rəsmiləri və xarici işlər nümayəndələri iştirak edib.

Danışıqlar zamanı ABŞ tərəfi 2012-ci ildə Dəməşqdə yoxa çıxan amerikalı jurnalist Ostin Ticenin Suriya ordusunun əlində saxlandığına dair məlumatlara malik olduğunu irəli sürüb, lakin Suriya rəsmiləri bu iddiaları təkzib edib.

Suriyanın yenidən Ərəb Dövlətləri Liqasına qəbul edilməsinə qarşı çıxan Vaşinqton Suriya administrasiyası ilə apardığı danışıqlarla bağlı bu açıqlama verib: "Siyasi həll yolunda real irəliləyiş olmadan Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağıq".(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam