Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Siyasi savaş pik həddə...

Türkiyədə CHP daxilində siyasi qarşıdurma daha da sərtləşib.

Yenixeberorg.com: CHP-nin yeni sədri Kamal Kılıçdaroğlu TBMM Başqanlığına rəsmi müraciət edərək Özgür Özəlin qrup başqanlığı vəzifəsinin etibarsız sayılmasını tələb edib.

Türkiyə mediasının yaydığı məlumata görə, Kılıçdaroğlu parlament rəhbərliyinə təqdim etdiyi ərizədə Özgür Özəlin CHP-nin TBMM-dəki qrup rəhbəri seçilməsinin hüquqi baxımdan qüvvədən düşdüyünü iddia edib.

Məlumatda bildirilir ki, müraciət yaxın günlərdə parlamentin hüquqi strukturları tərəfindən araşdırılacaq.

Qeyd edək ki, son həftələr CHP daxilində ciddi siyasi böhran yaşanır. Məhkəmənin partiya qurultayı ilə bağlı qərarından sonra Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qayıtması müxalif düşərgədə gərginliyi artırıb. Bunun fonunda Özgür Özəl tərəfdarları ilə Kılıçdaroğluya yaxın qruplar arasında qarşıdurma daha açıq mərhələyə keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam