Yenixeberorg.com: Tramp bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.
“Bütün bu infrastrukturu, yeni körpüləri, yeni zavodları kimsə tikməlidir. Söhbət təxminən 1 trilyon dollardan, bəlkə də daha çox vəsaitdən gedir. Buna görə də, yəqin ki, biz də bərpa işlərində, yaxud bərpaya yardım prosesində iştirak edəcəyik”, - deyə ABŞ prezidenti bildirib.
Aparıcının bunun İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropa ölkələrinə göstərdiyi yardım proqramı olan Marşall planına bənzəyib-bənzəməyəcəyi ilə bağlı sualını Tramp müsbət cavablandırıb.
Bununla yanaşı, o əlavə edib ki, belə bir halda Vaşinqton “İranın neftinin yarısını əldə edəcək”.









AZ
RU
