İordan çayının qərb sahili İordaniyaya verilir? -Netanyahu Libermanın təklifinə QƏZƏBLƏNDİ
İsrailin Baş naziri Binyamin Netanyahu keçmiş nazir və "Evimiz İsrail" partiyasının lideri Aviqdor Libermanın İordan çayının qərb sahilindəki A və B zonalarının idarəçiliyinin İordaniyaya verilməsi barədə bəyanatını kəskin tənqid edib.
Yenixeberorg.biz: Liberman, həmçinin İsrail-İordaniya konfederasiyasının yaradılmasını təklif edib.
Netanyahu keçmiş müttəfiqinin bu təşəbbüsünə sert təpki göstərərək deyib:
"Mən sizin sol cinahda olduğunuzu bilirdim, lakin bu gün İordaniya ordusunun İsrail Dövlətinin ərazilərinə nəzarət etməsini təklif edəcəyinizi düşünmürdüm. Bu bəyanatınızı dərhal geri götürün!"
Xatırladaq ki, 1995-ci il Oslo sazişlərinə əsasən, İordan çayının qərb sahili A, B və C zonalarına bölünüb. Ərazinin təxminən 40%-ni təşkil edən A və B zonaları Fələstin Muxtariyyətinin nəzarəti altındadır. Bura xüsusilə Ramallah, Nablus, Beytləhm, Cenin və Əriha (Yerixon) kimi iri şəhərlər daxildir.(musavat)










AZ
RU