Yenixeberorg.com: Bu barədə həftəlik "The Observer" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, kabinet nazirləri, müşavirləri, həmkarlar ittifaqı liderləri və Leyborist Partiyasının donorları ilə müzakirələrdən sonra Starmer artıq postunu saxlaya bilməyəcəyi qənaətinə gəlib.
Onun, istefasını gələn həftə, ehtimal ki, 22 iyunda elan edəcəyi gözlənilir.
Qəzetin məlumatına görə, Starmer hakimiyyətin nizamlı şəkildə keçidini təmin etmək məqsədilə istefası üçün vaxt çərçivəsi müəyyən edəcək.
Çox güman ki, o, sentyabr ayında, Leyborist Partiyasının konfransından əvvəl rəsmi olaraq vəzifəsindən ayrılacaq.









AZ
RU
