Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ İranla belə anlaşır...

ABŞ və İran arasında razılaşmanın detalları açıqlanıb
ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etmək planından imtina etməsi müqabilində İrana dondurulmuş aktivlərinin bir hissəsini azad etməyi təklif edib.

Yenixeberorg.com: Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Dohaya səfər zamanı Qətər vasitəçiləri ilə danışıqlardakı çıxılmaz vəziyyətdən çıxış yollarını müzakirə ediblər.

Qəzet qeyd edir ki, Vaşinqton Tehrana boğaza nəzarət iddialarından və gəmilərdən rüsum toplamaq fikrindən imtina etməyi təklif edib. Bunun müqabilində isə İranın dondurulmuş təxminən 100 milyard dollarlıq vəsaitinin bir hissəsinə çıxış əldə etməsi nəzərdə tutulur.

Qəzet onu da qeyd edib ki, İran tərəfi bu təklifi rədd edib və Hörmüz boğazına nəzarət etmək hüququnda israr etməyə davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam