Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Krımda hərbi aerodrom və enerji qovşaqları atəşə tutulub -FOTO

Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
İyulun 5-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krımdakı “Qvardeyskoye” hərbi aerodromuna zərbə endirib.

Yenixeberorg.com: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Qvardeyskoye” aerodromu Rusiya Ordusunun operativ-taktiki və hərbi dəniz aviasiyasının təyyarələrinin yerləşdirilməsi, döyüş uçuşlarının təmin edilməsi, logistika və aviasiya texnikasına texniki xidmət məqsədilə istifadə olunur.

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Quselnikovoye yaşayış məntəqəsi yaxınlığında Qruzkiy Yalançık çayı üzərindəki avtomobil körpüsünə və Staromaryevka yaxınlığında Kalmius çayı üzərində yerləşən avtomobil körpüsünə də zərbələr endirib.

Bundan əlavə, Donetsk vilayətinin Makeyevka, Luqansk vilayətinin Dovjansk və Xerson vilayətinin Preobrajenka yaşayış məntəqələri yaxınlığında yerləşən üç sursat anbarının da vurulduğu bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert “Madyar” Brovdi isə “Facebook” hesabında yazıb ki, son 48 saat ərzində Krım ərazisində 16 enerji qovşağı sıradan çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam