Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bəhreyn və BƏƏ-nə İrandan buraxılan raket və PUA hücumlarının qarşısı alınıb

Bəhreyn və BƏƏ İrandan buraxılan raket və PUA hücumlarının qarşısını aldıqlarını açıqlayıb
Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hava hücumlarının qarşısını aldıqlarını açıqlayıb.

Yenixeberorg.com: Bu barədə Bəhreyn televiziyası və BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bəhreyn televiziyasının məlumatına görə, krallığın hava hücumundan müdafiə sistemləri ölkə səmasında İranın hava hədəflərini ələ keçirərək məhv edib.

BƏƏ Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir.

“Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfdən buraxılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Məlumata görə, Bəhreyndə hava həyəcanı siqnalları səsləndirilib.

Qeyd olunur ki, iyulun 12-də BƏƏ ilə yanaşı, Qətər ərazisi üzərində də raket hücumunun qarşısı alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam