Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkədə strateji obyektlər VURULDU -Xalqa təcili çağırış edildi

Küveytdə elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyası yenidən İranın hücumuna məruz qalıb.

Hücum nəticəsində strateji obyektdə güclü yanğın baş verib.

Yenixeberorg.com: Bu barədə Küveytin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi rəsmi bəyanat yayıb.

“Küveyt dövlətinin məruz qaldığı növbəti İran təcavüzü nəticəsində elektrik enerjisi istehsalı və suyun şirinləşdirilməsi stansiyası hücuma məruz qalıb. Bu zərbə stansiyanın bəzi infrastruktur obyektlərində yanğına səbəb olub və çoxlu sayda enerji blokunu sıradan çıxarıb”, - nazirliyin bəyanatında deyilir.

Nazirlikdən verilən məlumata görə, yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub və alovun qarşısını almağa nail olublar. Hazırda nazirliyin mütəxəssisləri güc strukturlarının əməkdaşları ilə birlikdə dəymiş ziyanı qiymətləndirir və zədələnmiş enerji bloklarının fəaliyyətini tez bir zamanda bərpa etmək üçün təxirəsalınmaz tədbirlər görürlər.

Yaranmış kritik vəziyyətlə əlaqədar Küveyt hakimiyyəti ölkə vətəndaşlarına və burada yaşayan şəxslərə müraciət edərək həmrəylik nümayiş etdirməyə və elektrik enerjisi istehlakını mümkün qədər azaltmağa çağırıb.

Xatırladaq ki, Küveyt müvafiq nazirliyi iyulun 17-si və 18-də də İranın zərbələri nəticəsində elektrik stansiyalarına və su təmizləyici qurğulara ciddi ziyan dəydiyini bildirib. Həmin vaxt baş verən yanğınların söndürülməsi zamanı fövqəladə hallar xidmətinin bir neçə əməkdaşı xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam