Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Forması rekord qiymətə satıldı -FOTO

Pelenin forması rekord qiymətə satıldı

Əfsanəvi braziliyalı hücumçu Pelenin 1958-ci il futbol üzrə dünya çempionatının finalında dubl etdiyi görüşdə geyindiyi forma hərracda 4,9 milyon dollara satılıb.

Yenixeberorg.com: Sotheby's hərrac evinin məlumatına görə, bu forma "Futbol Kralı" ləqəbli Pelenin adı ilə bağlı indiyədək satılan ən bahalı idman xatirə əşyası olub.

Söhbət 17 yaşlı Pelenin İsveçdə keçirilən mundialın finalında geyindiyi mavi rəngli, 10 nömrəli formadan gedir. Həmin oyunda Braziliya ev sahibi İsveçi 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dünya çempionluğunu qazanmışdı. Pele isə iki qol vuraraq komandasının qələbəsində əsas pay sahiblərindən olmuşdu.

Hərrac zamanı forma uğrunda 5 alıcı mübarizə aparıb və ümumilikdə 10 təklif verilib.

Bu satış Pelenin formasını futbol tarixində hərracda satılan ikinci ən bahalı futbol forması edib.

Rekord isə 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı oyunda Dieqo Maradonanın geyindiyi və məşhur "Tanrının əli" qolu ilə yadda qalan formaya məxsusdur. Həmin forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.

2022-ci ildə 82 yaşında vəfat edən Pele 1958-ci il dünya çempionatının finalında iki qol vurmaqla yanaşı, bu günə qədər dünya çempionatları finallarında qol vuran ən gənc futbolçu rekordunu da əlində saxlayır.

Sotheby's bildirir ki, eyni forma daha əvvəl də hərraca çıxarılmışdı. O, 2004-cü ildə 70 505 funt sterlinqə (o dövrün məzənnəsi ilə təxminən 105,6 min dollar) satılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam