Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rostova PUA hücumu olub -ölənlər var

Ukrayna Rostovu vurdu: ölənlər var - Video

Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yenixeberorg.com: Bu barədə vilayət qubernatoru Yuri Slyusar Maks (Max) hesabında yazıb.

Onun sözlərinə görə, həlak olanlar ər-arvaddır. Yaralananlardan ikisinin, o cümlədən bir yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Qubernator bildirib ki, Rostov-na-Donu şəhərinin Jeleznodorojnı, Proletarski və Leninski rayonlarında yaşayış evlərinə, anbarlara, özəl müəssisəyə və avtomobillərə ziyan dəyib. PUA qalıqlarının düşməsi nəticəsində bir neçə yerdə yanğın baş verib.

Yanğınların böyük hissəsi söndürülsə də, xilasedicilər 400 kvadratmetrlik ərazidə alovun lokallaşdırılması istiqamətində işləri davam etdirirlər.

Slyusar əlavə edib ki, hazırda Taqanroq şəhərinə yönələn hava hücumunun qarşısının alınması istiqamətində tədbirlər görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam