Vyanada gizli Ukrayna diplomatiyası:Rusiya və Avropanın sabiq rəsmiləri bir araya gəldi

Rusiya, Fransa, Böyük Britaniya və Almaniyanın keçmiş rəsmiləri iyul ayında Vyanada Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün mümkün şərtləri müzakirə etmək üçün görüş keçiriblər.
Yenixeberorg.com: Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Görüşdə Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransız diplomat Pyer Vimon iştirak edib.
Bloomberg-in mənbəsi keçmiş Rusiya rəsmisinin adını çəkməyib.
Agentliyin məlumatına görə, Almaniya, Fransa və Böyük Britaniya hazırda Ukrayna üzrə Rusiya ilə birbaşa danışıqların təşkili üzərində işləyirlər. Mənbələr qeyd ediblər ki, Britaniya hakimiyyəti bu təşəbbüsləri alqışlayır və Fransa bu əlaqələrdən xəbərdardır.









AZ
RU