Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Moskva İrəvana noyabra kimi vaxt verdi:4 TƏLƏB

Moskva İrəvana noyabra kimi vaxt verdi: 4 TƏLƏB

Rusiya Ermənistan hökuməti siyasi tələblərini yerinə yetirmədiyi təqdirdə noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər.

Yenixeberorg.biz: Bu barədə “Hraparak” qəzeti Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Moskvanın İrəvandan bir sıra tələbləri var. Bunlara Rusiyanın 102-ci hərbi bazası ilə bağlı məsələnin müzakirəsindən və Rusiya kapitalının iştirakı ilə fəaliyyət göstərən şirkətlərə qarşı tədbirlərdən imtina edilməsi daxildir.

Həmçinin, Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qanunun ləğv edilməsini və ya referendumun keçirilmə tarixinin elan olunmasını tələb etdiyi bildirilir.

Məlumata görə, Moskvanın digər tələbi Rusiyapərəst hesab olunan siyasətçilərin təqibinə son qoyulmasıdır. Qəzet həmçinin, Rusiya üçün məqbul olan şəxsin baş nazir müavini vəzifəsinə təyin edilməsinin də tələb olunduğunu yazıb.

Qeyd edək ki, bu məlumat “Hraparak” qəzetinin Rusiya mənbələrinə istinadən yaydığı iddialara əsaslanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam