Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xaçmazda əməliyyat :3 nəfər saxlanılıb

 Xaçmaz   Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin  əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakinləri Elman Qasımov və Bənövşə Abasova saxlanılıblar . Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan  heroin  aşkar olunaraq götürülüb. 

Xaçmaz RPŞ tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini  Nurlan Məmmədov  saxlanılıb.  Həmin şəxsdən bükülülərdə  narkotik  vasitə olan heroin aşkar olunaraq götürülüb. 

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elman Qasımovun və  Nurlan Məmmədovun  barələrində həbs qətimkan tədbiri, Bənövşə Abasovanın  barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam