Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xızıda dağlıq ərazidə YANĞIN

 Xızıda dağlıq ərazidə yanğın olub. 

Yenixeber.org: Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı rayonunun Qarabulaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xızı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək sıx meşəlik əraziyə keçmə riski yüksəkdir. 

Relyefin mürəkkəbliyi səbəbindən əsasən əl üsulundan istifadə olunmaqla yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın genişlənməsinə, o cümlədən çoxillik palıd və digər ağaclardan ibarət sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində 1 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam