Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Salyanda narkotik əməliyyatı -FOTO

 Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Kərimbəyli kənd sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Eldar Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin və psixotrop maddə -  metamfetamin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə yardımçı tikilidən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam