Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakı-Qazax yolunda ağır qəza: 1 nəfər ölüb, 3 uşaq yaralanıb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenixeber.org-un məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R.Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində Şəmkir rayon sakinləri - 2017-ci il təvəllüdlü Ayxan Ravin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Nuray Ravin qızı Hüseynli və 2015-ci il təvəllüdlü Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar.

Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam