Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərkosmos"un ilk infosessiyası ASAPES-də baş tutdu -FOTOLAR

 
Azərbaycan Respublikasının Kosmik Agentliyi olan “Azərkosmos” silsilə infossessiyalara start verib.

 Yenixeber.org: İlk infosessiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutub.
“Azərkosmos”un əməkdaşları Fidan Behbudova və İmran Muxtarov tərəfindən SABAH qrupları “İdman menecmenti və kommunikasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrə yanvarın 9-da və 12-də infosessiya keçirilib.
Daha sonra ASAPES-in prorektoru Təhminə Tağı-zadə qonaqlara Akademiyanın hazırkı və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verib. Eyni zamanda, Elmi-tədris laboratoriyası ilə Multimedia Mərkəzinə baxış keçirilib və hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verilib.
Qeyd edək ki, “Azərkosmos” kosmik agentliyi sülh və rifah naminə yüksək texnologiyalara əsaslanan fərdi həllər təqdim edərək, qlobal miqyasda rabitə şəbəkəsini təmin etmək, istedadlar yetişdirmək, regional kosmik mərkəz kimi xidmət göstərmək və ölkəmizdə kosmik sənayenin inkişafına töhfə vermək kimi fəaliyyət istiqamətlərini özündə birləşdirir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam