Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rafael Ağayev “qeybə çəkilib”

 

Martın 4-də Azərbaycan karateçisi Rafael Ağayevin doğum günü olacaq.

Yenixeber.org: Əfsanəvi karateçi 38 yaşını tamamlayacaq. Ad günü ərəfəsində “Qara brilyant”la əlaqə saxlayıb, karyerasını vərəqləmək, gələcək planları barədə danışmaq istəsək də, cəhdlərimiz uğursuzluqla nəticələndi.

Rafael sanki “qeybə çəkilib”...

Əldə etdiyimiz iki telefon nömrəsi vasitəsilə Ağayevlə əlaqə yaratmaq mümkün olmadı. Onlardan biri işləmir, digəri də tamam fərqli birindədir.

Daha sonra Rafaeli tapmaq üçün Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovla danışdıq. O da uzun müddətdir, idmançı ilə əlaqələrinin olmadığını söylədi. Bizə təqdim etdiyi nömrə isə daha əvvəl zəng etməyə çalışdığımız həmin işləməyən əlaqə vasitəsi oldu.

Araşdırmalarımız onu da məlum etdi ki, Rafael Ağayev son zamanlar nömrələrini tez-tez dəyişir və xüsusən idman cameəsindən olan insanlara vermir. Bunun səbəbləri bəlli deyil.

Qeyd edək ki, idmançının sosial media hesablarında da çoxdandır, heç bir paylaşım edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam