Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Samuxda "Ərik Festivalı" Bəhanəsi:Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası


Samux rayonunda keçirilməsi planlaşdırılan 3-cü Ərik Festivalı ərəfəsində yerli təhsil müəssisələrindən daxil olan şikayətlər ciddi narazılığa səbəb olub.

Yenixeberorg.com: Redaksiyamıza daxil olan məlumatlara görə, festival bəhanəsi ilə rayonun bir neçə məktəbində kütləvi şəkildə pul yığılması prosesinə start verilib.

Tehsilmedia.info-un əldə etdiyi məlumata əsasən, qanunsuz vəsait toplanması halları xüsusilə Qarayeri qəsəbə 1 saylı məktəb-liseydə daha qabarıq şəkildə özünü göstərir. Bildirilir ki, müəllimlərdən imkanlarına görə 10, 20 və ya 30 manat civarında vəsait tələb olunur. Pullar məktəb rəhbərliyi tərəfindən daxildə təyin olunmuş xüsusi şəxslər vasitəsilə toplanır. Bu kimi halların təkcə cari tədbirlə məhdudlaşmadığı, digər bayram və tədbirlərdə də analoji yığımın təkrarlandığı iddia edilir.

Sözügedən vəziyyət müəllim heyəti arasında böyük narazılığa yol açıb. Qeyd olunur ki, könüllülük prinsipi adı altında aparılan bu proses, əslində məcburi xarakter daşıyır. Pedaqoqlar hər il təkrarlanan bu "ənənənin" dayandırılmasını və təhsil mühitinin bu cür hallardan təmizlənməsini gözləyirlər. Hazırda bu tapşırığın hansı qurum və ya vəzifəli şəxs tərəfindən verildiyi aydınlaşdırılmağa çalışılır.

Qeyd edək ki, Ərik Festivalı hər il iyun ayında Samux rayonunda ənənəvi olaraq qeyd edilir. Lakin dövlət səviyyəsində maliyyələşməli olan bu növ tədbirlərin yükünün müəllimlərin çiyninə qoyulması ciddi qanun pozuntusu kimi qiymətləndirilir.(Tehsilmedia.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam