Sabah İmişli, Saatlı -Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

Sabah İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Yenixeberorg.az: Bu barədə Salyan Regional Qaz İstismar İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-də saat 08:00-dan işlər yekunlaşanadək İmişli, Saatlı, Sabirabad rayonunlarının bəzi ərazilərində, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.








AZ
RU