Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya XİN:“Bəyannamənin imzalanması Azərbaycan-Rusiya münasibətlərini yeni səviyyəyə yüksəldib”

 

"Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib".

Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2022-ci ilin əsas xarici siyasət yekunlarına dair şərhində deyilir.

Nazirlikdən bildirilib ki, rəsmi Moskva il ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib: “Rusiya rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına, nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına, sülh sazişinin razılaşdırılmasına, humanitar problemlərin həllinə töhfə verib”.

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam