Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukraynadan “Taxıl sazişi” üçün yeni marşrutlar:“Gəmiləri və şirkətləri cəlb etmək imkanımız var”

Ukrayna “Taxıl sazişi” çərçivəsində məhsulların Rumıniya və Bolqarıstanın ərazi suları vasitəsilə daşınması imkanlarını nəzərdən keçirir.

Yenixeber.org: Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar telemarafonun efirində məlumat verib.

Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən çıxmaqla gəmi daşınmaları təhlükəsizliyi ilə bağlı verdiyi zəmanətləri geri götürüb.

Bodnarın sözlərinə görə, rusiyalılar ola bilsin ki, bəyan etdikləri bütün təhdidlərə əməl etməsinlər. Lakin bununla belə təhlükə qalmaqdadır və bu, gəmiçilik şirkətlərinə, sığorta fəaliyyətlərinə və s. öz təsirini göstərir.

Eyni zamanda səfir bildirib ki, Ukrayna bu risklərə zəmanət vermək üçün müvafiq fond yaradıb, lakin müəyyən şərtlər var.

“Bizim, həmçinin gəmiləri və şirkətləri cəlb etmək imkanımız var. Bizim nöqteyi-nəzərimizdən bunu artıq razılaşdırılmış bu marşrutdan istifadə etmədən də, Rumıniya və Bolqarıstanın ərazi sularından keçməklə həyata keçirmək olar. Bu, riskləri minimuma endirmək üçün mümkün variantlardan biridir”, - deyə o qeyd edib.

Eyni zamanda Bodnar vurğulayıb ki, beynəlxalq ictimaiyyət də üzərinə məsuliyyət götürməlidir. Bu, bir tərəfdən Ukraynaya belə bir ssenarini həyata keçirməyə kömək etmək, digər tərəfdən də mümkün hücumların qarşısını almaq üçün Rusiyaya təzyiq göstərmək üçün zəruridir.(RBC-Ukrayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam