Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Rusiya Ermənistanın etibarlı müttəfiqi olub və qalır"-"Biz Vaşinqtonu Ermənistanda təhlükəli hərəkətlərdən çəkinməyə çağırırıq"

Vaşinqton Ermənistanda antirusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan eyhamlardan çəkinməlidir.

Yenixeber.org: Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“ABŞ rəsmilərinin bu cür eyhamları yersizdir. Amerikalılar əslində daxili və xarici siyasətdə öz uğursuzluqlarına görə məsuliyyətdən boyun qaçırmağa çalışan bəzi erməni siyasətçilərin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar.

Rusiya Ermənistanın etibarlı müttəfiqi olub və qalır. Biz həmişə bu qardaş xalqa lazımi köməklik göstərmişik, o cümlədən Qarabağa sülhməramlılarımızı göndərmişik. Rus əsgərlərin öz postlarında həlak olması faktı yalnız Rusiyanın Azərbaycan və Ermənistan xalqları arasında sülhə nail olmaq üçün çətin qərarlar qəbul etməyə hazır olduğunu göstərir.

Biz Vaşinqtonu Ermənistanda antirusiya əhval-ruhiyyəsinin süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli hərəkətlərdən çəkinməyə çağırırıq. Bu cür ittihamlar yalnız onu göstərir ki, ABŞ və müttəfiqlərinin məqsədi vəziyyəti normallaşdırmaq və Cənubi Qafqazın dinc inkişafını təmin etmək deyil, bizi regiondan sıxışdırıb çıxarmaq üçün Rusiyaya strateji ziyan vurmaq və Avrasiyada qəsdən sabitliyi pozmaqdır”, - səfir bildirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam