“Onları MƏCBUR EDƏCƏYƏM!” -Tramp Rusiya-Ukrayna müharibəsini necə bitirəcəyini AÇIQLADI
Birləşmiş Ştatlar müharibəyə son qoyulması üçün Ukrayna və Rusiya prezidentlərini sülh sazişi bağlamağa “məcbur edəcək”.
Yenixeberorg.az: Bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Trampdan Ohayodakı seçkiqabağı mitinqə yola düşməzdən öncə Kiyev və Moskva arasında energetika obyektlərinə zərbələrin dayandırılması ilə bağlı əldə olunmuş razılaşma barədə dediklərinə aydınlıq gətirməsi istənilib. Belə ki, onun iddialarına baxmayaraq, nə Rusiya, nə də Ukrayna bu cür razılaşmanın olduğunu təsdiqləyir.
“Onlar (Zelenski və Putin) razılaşdılar. Bilirsiniz niyə? Çünki mən onlara “Razılığa gəlin” dedim. Bax buna görə”, - deyə Tramp cavab verib.
Ağ Ev rəhbəri həmçinin bəyan edib ki, onun fikrincə, Rusiya prezidenti Vladimir Putin saziş bağlamaqda Ukrayna prezidenti Volodimir Zelenskidən daha çox maraqlıdır:
“Zənnimcə, Putin əslində saziş bağlamağı Zelenskidən daha çox istəyir. Düşünürəm ki, Putin saziş bağlamaq tərəfdarıdır və biz Zelenskini də buna razı salmalıyıq”.
Rusiyanın onun elan etdiyi “energetika atəşkəsi”ni pozması ilə bağlı dəqiqləşdirici suala cavab verən Tramp, qayda pozuntularının hər iki tərəfdən baş verdiyini bildirib:
“Putin və Zelenski saziş bağlamaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Lakin biz onları saziş bağlamağa məcbur edəcəyik”, - deyə ABŞ prezidenti əlavə edib.
Trampa həmçinin Rusiya ilə dizel sövdələşməsi barədə də sual ünvanlanıb. O, bu razılaşmanın şəxsi maraqları üçün deyil, “dünyanın qalan hissəsi üçün” nəzərdə tutulduğunu qeyd edib.(Musavat)










AZ
RU