Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Saatlıda maarifləndirmə tədbiri keçirilib

 
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yenixeber.org: Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki, əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir. Çıxışında yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasınından da danışan şöbə rəisi,  erkən nikahların qanunla qadağan olunduğunu,  bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. 
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam