Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib -FOTOLAR

 

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2-ci Nügədi kənd 1 saylı  tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

PŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Samir Aydəmirov  “ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam