Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropadan Azərbaycana gələnlərin sayı 40 faiz artıb

Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40 faiz artıb.
Yenixeber.org: Bu barədəDövlət Statistika Komitəsindən xəbər verilib. Qeyd olunub ki, Azərbaycana bu ilin yanvar-iyun aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,1 dəfə, Belarusdan - 2,3 dəfə, Özbəkistandan - 2,2 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, İsraildən - 1,6 dəfə, ABŞ-dan - 44,2 faiz, Küveytdən - 37,2 faiz, Gürcüstandan - 35,5 faiz, Böyük Britaniyadan - 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,7 faiz, Pakistandan - 16,1 faiz, Türkiyədən - 15,9 faiz artıb, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan - 14,9 faiz, Omandan - 9,9 faiz, Ukraynadan - 6,2 faiz azalıb.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam