Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda ən çox hansı sosial şəbəkələrdən istifadə edilir...

 

"Statcounter" 2023-cü ilin oktyabr ayında ölkələrin sosial media bazarı ilə bağlı məlumatları açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Azərbaycanda ötən ay ən çox istifadə edilən sosial media platforması "Instagram" olub.

Belə ki, Azərbaycanın sosial media bazarının 45.05%-ni "Instagram", 18.17%-ni "Facebook", 18.07%-ni "Pinterest", 10.12%-ni "YouTube", 6.03%-ni isə "Twitter" tutub.

Ötən ilin oktyabr ayı ilə müqayisədə ölkəmizdə "Facebook" istifadə edənlərin sayında azalma müşahidə edilib. 2022-ci ilin eyni ayında Azərbaycanda "Facebook" istifadə edənlərin sayı 29.83% olub. 

"Instagram" istifadə edənlərin sayı isə 2 dəfədən çox artıb. Belə ki, ötən il Azərbaycanın sosial media bazarının 17.36%-ini "Instagram" tuturdusa, bu il bu rəqən 45%-ə qalxıb. "YoutTube" istifadə edənlərin sayında da azalma qeydə alınıb.

Yeri gəlmişkən, "Statcounter" platformasında "TikTok" istifadə edənlərin sayı barədə məlumat verilmir. Amma digər statistika xidmətlərinin məlumatına görə, Azərbaycanda "TikTok" sosial şəbəkəsi sosial media bazarının böyük hissəsini əhatə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam