Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hacıqabulda yerləşən "Qədir Xum" restoranından narazılıq: Şorbadan üfunət iyi gəlirdi -DE-FAKTO

Hacıqabul rayonunda yerləşən "Qədir Xum" restoranından müştəri şikayəti olub.
Yenixeber.org: Restoranın müştərisi olan Alibəy Zeynallı sosial şəbəkədə və özünün “Facebook” hesabında sözügedən restorana məxsus hesab çekini paylaşaraq, bunları yazıb: 


Hacıqabulda "Qədir Xum" restoranında spirtli içiki vermirlər, amma 2 şiş hinduşkaya 30 manat alırlar. Kababın üstünə səpilən soğan və göyərti qarışığının qiyməti belə ayrı hesablanır (3 manat). Hesaba baxın 40 man 90 qəpik. Spirtli içki versəniz bundan yaxşıdı. Soyğunçuluqdu. 4 manatlıq şorabadan üfunət iyi gəlirdi. Din pərdəsi altında nələr etmirsiniz?

Qeyd edək ki, adı qeyd olunan məkan haqqında Kütləvi İnformasıya Vasitələrində kifayət qədər narazlıq doğuran yazılara rast gəlmək olar. Təxminən bir neçə ay bundan öncə restoranın ərazisində yerləşən göldə ölü balıqlardan tutmuş ördəyə kimi əks olunan video kadrlar yayılmışdı.

Daha sonra isə restoranda qida zəhərlənmələri barədə məlumatlar xəbər saytlarında dərc olundu. Görünən odur ki, restoran rəhbərliyi baş verən hadisələrdən hələ bir nəticə çıxarmayıb və soyğunçuluq siyasətinə davam edir.   
Yenixeber.org olaraq, qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam