Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qazax rayon Müalicə Diaqnostika Mərkəzində Sevda xanımın görməzdən gəldiyi biabırçılıq -FOTOLAR

      Qazax rayon Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir. 


Yenixeber.org: Deyilənə görə 3 ildir ki, "kondisionerlər" xarab olub, təmir edən yoxdur. Orada çalışan işçilər isə bu barədə etiraz edə bilmirlər. Qorxurlar ki, birdən işdən çıxardarlar. Məcbur olub əyinlərini qalın geyinib, susmağa üstünlük veriblər.

Qışın sərt ayı (fevral) hələ qabaqdadır, belə getsə işçilər məcbur olub otaqda tonqal qalamalı olacaqlar.

Mən başa düşmürəm, dəyəri milyonlarla ölçülən müasir tipli xəstəxananın kondisionerləri niyə işləmir? Üç ildir xarab olan kondisionerlər günü bu günə qədər niyə təmir olunmayıb? 

Qazax rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova bu barədə nə düşünür? Hörmətli Sevda xanım, Kondisionerlər niyə işləmir?? 

Mən bildiyimə görə Qazax rayon İcra başçısı cənab Rəcəb Babaşov bu kimi işlərdə çox diqqətçildir. Xəstəxanaları tez-tez gəzib dolaşan rayon rəhbərinin görəsən doğurdanda bu kimi işlərdən xəbəri yoxdurmu?
Xəbəri yoxdursa, yəqin ki, bundan sonra xəbəri olar və işində məsuliyyətsiz olan şəxslər haqqında öz ciddi tapşırıqlarını verəcəkdir.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam