Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Onlara dini kəbinin kəsilməsi qadağan edilir

 

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənədlər hazırlanır.

Yenixeber.org: Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib.

 O qeyd edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında hazırlanan iki sənəd yekunlaşıb, qəbul olunub: “Bunlar fövqəladə hallarda, pandemiya və s. durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repartiasiyasi haqqında sənədlərdir. Növbəti 3 sənəd isə demək olar, son mərhələdədir. Bu il həmin sənədlər qəbul olunacaq”.

Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir.

O qeyd edib ki, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb.

Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb. Sədr müavini qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsinin qadağan edilə biləcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam