Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Daha bir namizəd Anar Məmmədovu rüsvay etdi: "Tahir Mirkişili ona 3 cümləlik "qeyd" verib ki, oxu, desinlər ki..."

Daha bir namizəd Anar Məmmədova qarşı: “Tahir Mirkişili ona 3 cümləlik “qeyd” verib ki, oxu, desinlər ki…”
“Deputat Sahib Alıyevə şükür etdirmək üçün Tərtərə Anar Məmmədovu göndəriblər”.

Yenixeber.org: Bunu jurnalist Səbuhi Rəhimlinin “Youtube” kanalına müsahibəsində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə qeydə alınmış namizəd Qələndər Muxtarlı deyib.

Qələndər Muxtarlı: “Siyasi fəaliyyətimdə müəyyən yanlışlıqlar olub” - ETİRAF

“Anar Məmmədovun parlamentdəki çıxışından xəbərim var. Milli Məclisin iclasında Tahir Mirkişilinin ona verdiyi 3 cümlələlik “qeyd”dən də xəbərim var. Yəni, bunu heç olmazsa oxu, desinlər ki, parlamentin 5 illik fəaliyyəti dövründə çıxış etmisən. Anar Məmmədov iki cümləni oxuyub, 3-cü cümləni oxuyanda aləm qarışıb, ondan sonra “danışmağın daşını atıb”. Sən Tərtər üçün nə edəcəksən ki? Əlbəttə, maliyyə cəhətdən çox böyük potensialı var. Amma onun VI çağırış Milli Məclisdə Goranboyun tarixində oynadığı rol hər kəsə bəllidir. Anar Məmmədovun  bütün uğurları biznes sahəsindədir. Ukraynada, Qarabağda və s. (Neqativ məqamları sadalayır-red). Onun seçki qanunlarını pozması dövlətə hörmətsizlikdir. Sən hakim partiyanı təmsil edirsənsə, nizamlı, intizamlı olmalısan. Tutaq ki, Vahid Əhmədovun namizədliyi irəli sürülsəydi, onun vəkilliyini edərdim. İndi isə namizədliyimi irəli sürməkdə məqsədim odur ki, Tərtərdə azad və ədalətli seçkiləri keçirilsin…” – o qeyd edib.

Qeyd: Deputatlığa digər namizəd Şəhriyar Məcidzadə də A.Məmmədovdan Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam