Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputatın təsisçisi olduğu şirkət 88 min manatlıq tender uddu

 

Ədliyyə Nazirliyi “Embawood” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Yenixeber.org: Satınalma müqaviləsi məhkəmələrə mebel və digər inventarların satın alınması ilə bağlıdır.
Məlum olur ki, nazirlik şirkətdən 88.914,18 manatlıq mebel və invertar alacaq.
1996-cı ildən fəaliyyət göstərən “Embawood” şirkəti 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3250 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.
Yenixeber.org: “Embawood”da əsas pay sahiblərindən biri olan Elşad Abbasov bir müddət şirkətin baş direktoru vəzifəsində çalışıb. O, 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
“Embawood” şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun “Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də “Emba Finans” QSC-nin əsas səhmdarlarıdır.
Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edəcək. /Qaynarinfo

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam