Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Plastik cərrah Səbinə İsmayılovadan şikayət –“Əməliyyat masasından qaçdım”

media-sabinn

Plastik cərrah Səbinə İsmayılovanın əməliyyat etdiyi bir neçə xəstə ondan narazıdır. Pasiyentlər bununla bağlı Feysbuk sosial şəbəkəsində başlarına gələni yazıblar.

Yenixeber.org: Bir neçə il əvvəl S.İsmayılovanın burun əməliyyatı etdiyi İlkin Kərimli həkimdən şikayətçidir. O bu barədə həkimə bildirsə də, heç bir nəticəsi olmayıb:

media-ss

“Şikayətim rinoplastika edən Səbina İsmayılovadandır. İllər əvvəl burun əməliyyatımı edib. Əməliyyat uğursuz olub. Özünə yazıram, cavab vermir, hər yerdən blok edib məni. Nəfəs problemim var. Qanunla nə edə bilərəm, bilmirəm. Yenidən əməliyyat olunmalıyam. Əməliyyat da çox bahadır”.

Şikayətçi olan digər pasiyent isə Ella adlı xanımdır. O bildirib ki, S.İsmayılova bir neçə qanunsuzluqlar edib:

“Mən əməliyyat stolundan qaçdım onun əlindən. Mənə elə gəlir ki, onun əməliyyatlarını onun adı ilə başqa insan edir. Çox məsuliyyətsiz, fırıldaqçının biridir. Azərbaycanda yaşamadığım üçün bu işin üstünə düşmədim 2 il əvvəl. Bu həkimin reklamı güclüdür, başqa heç nə”.(tribunainfo.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

media-011media-012


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam