Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Mado" susur - Valideyn isə yeni dəlillər təqdim etdi -FOTOFAKT

"Mado" susur - Valideyn isə yeni dəlillər təqdim etdi - FOTO
Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən “Mado” restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında uşağı üçün yemək sifariş edən valideyn xoşagəlməz halla qarşılaşıb. Sosial şəbəkədə paylaşım edən vətəndaş bildirib ki, övladına uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağa bənzər hissəcik çıxıb.
Yenixeber.org: Valideynin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər hadisənin “Mado”ya qarşı təxribat ola biləcəyini, hamburqer çörəyinin isə adi zavod çörəyi olduğunu bildiriblər.
Lakin adının çəkilməsini istəməyən valideyn saytımıza açıqlamasında bu iddiaların əsassız olduğunu vurğulayıb və dediklərini təsdiq edən bir neçə foto təqdim edib.
“Bəlkə də onu yazanlar "Mado"nun işçiləridir. Bu şəkilləri göndərirəm ki, hər kəs görsün”, - deyə valideyn vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni nəzarətə götürüb, araşdırma aparılır.
“Mado”dan isə hələlik məsələyə münasibət bildirilməyib.
Bakupost.azBakupost.azBakupost.az
 
Lalə, BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam